13-15 fevral 2023-cü il tarixlərində müəllimlərin “Moodle” platformasından istifadə etmək bacarıqların təkmilləşdirilməsi, elektron öyrənmənin keyfiyyətinin artırılması məqsədilə “Moodle platformasından istifadə etmək bacarıqların inkişafı” adlı təlim keçirilib.Təşkil olan təlim filialın direktoru fizika elmləri doktoru Yusif Alıyevin tapşırığı əsasında 2022/2023-cü tərdis ilində filial əməkdaşlarının İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunan ikinci təlimdir. Filial rəhbərliyinin tapşırığı əsasında növbəti aylarda fərqli mövzu və istiqamətlərdə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.Qeyd edək ki, təlimlərdə filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev şəxsən özü də iştirak edib.
Təlim zamanı filialın İKT şöbəsinin müdiri təlimçi Yusif Abayev tərəfindən iştirakçılara lazımı bacarıqlar aşılanıb, məlumatlar verilib.Təlim zamanı moderatorluğu filialın İKT şöbəsinin əməkdaşı Ülviyyə Əliyeva edib.
Təlim 3 gün olmaqla iki növbəli təşkil olunmuşdur. Təlimlərdə 45 müəllim iştirak etmişdir.
Təlim “Moodle” platformasından istifadə zamanı vacib olan şəxsi kabinetin yaradılması, onlayn dərs materialların platformada yerləşdirilməsi, tələbələrə onlayn tapşrıqların verilməsi, zəruri elementlərdən və digər funksiyalardan istifadə istiqamətində təşkil olunmuşdur.
“Moodle” nədir? (Modular Object Oriented Dynamic Learning Environment) – azad və açıq mənbəli virtual öyrənmə sistemidir. Moodle – Təlim prosessində daha effektiv tədrisin təşkili üçün optimal həll üsulu və virtual təhsil sistemindən istifadə edilə biləcək bir çox xüsusiyyətlərə malik onlayn idarəetmə sistemidir. Həmçinin “Moodle” hər kəs tərəfindən (müəllim, tələbə) asan şəkildə mənimsənilə bilən, hamı üçün əlçatan olan onlayn təhsil platformasıdır