ADPU Quba filialın tələbələri Nizami Gəncəvi adına Ədəbiyyatı Muzeyiniə ekskursiya təşki ediblər

ADPU Quba filialın tələbələri Nizami Gəncəvi adına Ədəbiyyatı Muzeyiniə ekskursiya təşki ediblər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili AZD 2101B-2102B qrup tələbələrinin iştirakı, filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi, filalogiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovanın rəhbərliyi və təşkilatçılığı ilə Nizami Gəncəvi adına Milli Ədəbiyyatı Muzeyinə, İçərişəhər tarix-memarlıq qoruğuna ekskursiya təşkil edilib.
Nizami Gəncəvi adına Ədəbiyyatı Muzeyində Nizami Gəncəvinin məzarından aşkar olunan, ona məxsus olan tirmə parça qalıqları, XVlll əsrdə yaşamış Qarabağ xanı Pənahəli xana aid güllə batmaz adlanan, Qurandan ayələrlə işlənən köynək (bələdçinin verdiyi məlumata görə həmin dövrdə belə köynəklər inanca görə döyüşə gedənləri qoruyurdu) və xalq şairimiz Səməd Vurğuna məxsus saç tələbələrin xüsusilə diqqətini özünə çəkib.
F.f.d. A.Qurbanovanın bələdçiliyi ilə Şirvanşahlar sarayını gəzən tələbələrə xalqımızın keçdiyi tarix yolu izah olunub.
Muzeydə, Şirvanşahlar sarayında tarixi, mədəni irsimizlə yaxından tanış olan tələbələrdə günün sonunda xoş təəssürat yarandı.
Tələbələr belə bir günün təşkil olunmasına şərait yaratığı üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fizika elmləri doktoru Yusif Aliyevə xüsusi minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?

ADPU QUBA


This will close in 20 seconds