
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı akkreditasiyadan uğurla keçib və Təhsil Nazirliyi tərəfindən akkreditasiya haqqında sertifikatla təmin olunub.
Bununla filial Təhsil Nazirliyinin 13 yanvar 2020-ci il tarixli, F-24 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 2016-2017, 2017-2018, 2018-2019, 2019-2020 və 2020-2021-ci tədris illəri üçün akkreditə olunub və növbəti tədris ilində fəaliyyət hüququ qazanıb.
Qeyd edək ki, akkreditasiya, təhsil müəssisəsinin statusunun, hər ixtisas üzrə təhsilalanların say həddinin müəyyənləşdirilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur. Təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır.