ADPU-nun Quba filialının V tədris ili tələbələrinin pedaqoji təcrübəsi müvəffəqiyyətlə yekunlaşıb

31.05.2024
ADPU-nun Quba filialının V tədris ili tələbələrinin pedaqoji təcrübəsi müvəffəqiyyətlə yekunlaşıb

Bu münasibətlə filialda Riyaziyyat və təbiət elmləri fakultəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisası və “Riyaziyyat və infornatika müəllimliyi” ixtisası üzrə təcrübəçilərin yekun konfransı keçirilib.

Konfransda direktor müavini t.f.d.İsmayıl Mahmudov, fakültə dekanı v.m.i.e.Nübar Bayramova, tədris şöbəsinin müdiri Mələk Bağırova, təcrübə üzrə rəhbər Şəhla Mədətova, ixtisas üzrə metodistlər, pedaqoqlar, psixoloqlar iştirak etmişdir.

Təcrübəçilər təcrübə müddətində öyrəndikləri bilik, bacarıq və vərdişlərin necə tətbiq etdikləri haqqında, bu yolda onlara işıq olan təcrübə rəhbərləri ilə birlikdə gördükləri işlər haqqında çıxışlar etmiş, prosesin video görüntülərini nümayiş etdirmişlər.

İxtisas üzrə metodistlər Nurbala Süleymanov, Elbrus Əhmədov, Səməd Çərkəzov, Elnarə Axundova, Şıxəmməd Seyidməmmədov, pedaqoq Elza Orucova və başqaları çıxış edərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulamış, onları daima dəstəkləməyə hazır olduqlarını qeyd etmişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?