Tədbirdə Filialın əməkdaşları və Quba Tibb kollecinin tələbə və əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edənlər, həkim infeksionist, Quba RMX, Yoluxucu xəstəliklər şöbəsinin müdiri Şəbnəm Şükürova, Quba Tibb Kollecinin direktor müavini həkim Nəzirə Əliyeva, filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin TGT üzrə sədri Kamilla Rzayeva qeyd ediblər ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) — bu HİV (İİV)-infeksiya fonunda inkişaf edən, immun sistemini zədələyən və orqanizmin müdafiə qüvvələrini zəiflədən xəstəlikdir.
Qiçs kəskin faza birincili HİV və ya kəskin retroviral sindrom adlandırılır. Yoluxmadan sonra 2–6 həftə ərzində qızdırma, gecə tərləmələri, şişmiş limfa düyünləri, ürək bulanma kimi qripəbənzər simptomlar üzə çıxa bilər. Kəskin HİV-infeksiyasında simptomların rastgəlmə tezliyi nəzərə alınır. Tədbirdə həmçinin vurğulanıb ki, hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.”
Tədbirdə insanlar arasında maarifləndirici söhbətlərin və görüşlərin keçirilməsinin bu xəstəliyin vaxtında aşkarlanması üçün olduqca vacibliyi qeyd olunub, sonda gəncləri maraqlandıran suallar həkimlər tərəfindən cavablandırılıb.