ADPU-nun Quba filialının tələbələri Quba Soyqırım Memorial Kompleksini ziyarət edib

ADPU-nun Quba filialının tələbələri  Quba Soyqırım Memorial Kompleksini ziyarət edib

Mart ayının 30-da ADPU-nun Quba filialının Tələbə Gənclər Təşkilatının sədri Səyyad Nəcəfov, sədr müavini Şəhla Qafarova, klub sədrləri və bir qrup tələbə gənc Quba Soyqırımı Memorial Kompleksinə edilən ziyarətdə iştirak edib.

Qeyd edək ki, Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Allah rəhmət eləsin!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?