ADPU-nun Quba filialında “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib

25.05.2023
ADPU-nun Quba filialında “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib

ADPU-nun Quba filialında “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri, «Psytech Azerbaijan» Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəri psxologiya üzrə fəlsəfə doktoru Təranə Qəzənfər qızı Paşayeva ilə görüş keçirilib.

Görüşdə Filialın direktoru f.e.d. dosent Y.Alıyev, əməkdaşlar p.f.d A.Şeydayeva, M.Bağırova, M.Malıyeva və “LOQOS” Quba mərkəzinin rəhbəri Vüsal müəllim iştirak edib.

Görüş zamanı ikitərəfli əlaqələr, gələcək layihələr, gənclərin savadlı kadrlar kimi inkişafı məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ilə bağlı gələcəkdə memarandum imzalanması qərara gəlinib.

Qeyd edək ki, psix.f.d. Təranə Paşayeva Beynəlxalq Ailə Akademiyası, Avropa Psixoloqlar Liqası və Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, APA – Amerika Psixologiya Asossasiyası, Ümumi Psixologiya Cəmiyyəti, Davranış Nevrologiyası və Müqayisəli Psixologiya Cəmiyyəti, Təhsil Psixologiyası Təşkilatı, Qadın Psixologiyası Cəmiyyəti, Amerika Qadınlarının Psixologiyası Cəmiyyəti və Amerika Farmakoterapinin İnkişafı Cəmiyyətinin üzvüdür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?