ADPU-nun Quba filialının tələbələri atıcılıq üzrə keçirilən rayon birinciliyində oğlanlar arasında I və II yerə çıxıblar

26.11.2021
ADPU-nun Quba filialının tələbələri atıcılıq üzrə keçirilən rayon birinciliyində oğlanlar arasında I və II yerə çıxıblar

Yarışda filialın tələbələri Hüseynov Nurlan I yerə, Fətəliyev Səid II yerə çıxıb. Tələbələrimizi filialın direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından ürəkdən təbrik edirik.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın “açıq havada idman tədbirlərinin müvafiq qaydada keçirilməsi ilə bağlı” yumuşaldılma qərarına əsasən Quba rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 05.11.2021-ci il tarixdə, saat 10:00-da Quba Fizika Riyaziyyat İnformatika Təmayüllü Liseyi yerləşən mini-futbol meydançasında “8 noyabr Zəfər günü” ilə bağlı “Zəfərlə hədəfə doğru” mövzusunda gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, silahla davranış qaydalarının öyrənilməsi, ilkin hərbi hazırlığın inkişaf etdirilməsi məqsədilə qızlar və oğlanlar arasında pnevmatik tüfəngdən atıcılıq üzrə rayon birinciliyinin keçirilib.
Bir daha təbrik edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?