ADPU-nun Quba filialının Mühasibatlıq şöbəsi

10.08.2021
ADPU-nun Quba filialının Mühasibatlıq şöbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından reportajlarımız davam edir. Növbəti reportajımız filialın Mühasibatlıq şöbəsi ilə olmuşdur.
Müəssisənin maliyyə dövriyyəsi onun işinin effektivliyində açar nöqtələrdəndir. Söhbət yüzlərlə tələbələrə təhsil xidməti göstərməkdən gedəndə bu daha da önəmlidir. Maliyyə dövriyyəsinin operativliyi və şəffaflığı inkişafın təminatıdır.
Bu dəfə ADPU-nun Quba filialının Mühasibatlıq şöbəsinin müdiri Mahirə Malıyeva sizlər üçün tələbələrin təhsil haqqı kimi daxil olan vəsaitlərin hazır təhsil xidmətləri şəklində geri qaytarılması prosesinin incəliklərindən danışdı.
Qeyd etdiyimiz kimi, mühasibatlıq işi qurumun əsas xəttlərindən biridir. Bu baxımdan Mahirə xanım da bildirdiki, həm pandemiyadan əvvəl həm də pandemiya dövründə onlar daim iş başında olublar. Həm əməkdaşların əməkhaqqları həm tələbələrin təqaüdləri həm da filialın digər xərcləri untensiv ardıcılıqla və vaxtında ödəməli olunan vəsaitlərdir.
Mahirə xanım müsahibə zamanı bildirdi ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları daim və şəraitdən asılı olmayaraq yüksək çevikliklə iş başındadırlar. Filialda olduğumuz müddətdə biz də bunun canlı şahidinə çevrildik. Bütün bu məsələlərdən başqa filialda yeni innovasiyaların tətbiq olunması, əməkdaş və tələbələrin stimullaşdırılması baxımınındanda mühasibtalıq şöbəsi maliyə bölgüsünə və idarə olunmasına xüsusi diqqət ayırır. Mahirə xanım bildirdiki, filialın direktoru dosent Yusif Alıyevin birbaşa rəhbərliyi ilə həm fərqlənən müəllimlərə əlavə əmək haqqı həm da təhsildə fərqlənən tələbələrə adlı təqaüdlər təsis olunmuşdur. Son illərdə filialda 7 adlı təqaüd təsis olunub və tələbələrin smestrlik göstəricilərinə görə onlara verilir. Müsahibə zamanı Mahirə xanım yaxın gələcəkdə də filialın həm maddi infrastrukunun həm də təhsil keyfiyyətinin artırılması baxımından bir sıra layihələr olacağını bildirdi.
Sonda isə şöbənin əməkdaşları öz fəaliyyətləri haqqında məlumat verdi. Quba filialından məlumat paylaşımlarımız davam edəcək.

Ətraflı: https://www.youtube.com/watch?v=VoMfNMCO9AM

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?