
ADPU-nun Quba Filialının müəllimi Beynəlxalq Simpoziumda iştirak edib
Noyabrın 22-24-də Bakı Avrasiya Universiteti, Hacettepe Universiteti və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümünə həsr edilən “Azərbaycan-Türkiyə Dil və Mədəni Əlaqələri” Beynəlxalq Simpoziumu baş tutub. Simpozium Bakı Avrasiya Universitetində keçirilib.
Simpoziumda Azərbaycan Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova “Xəlil Rza Ulutürk poeziyası vətən və azadlıq kontekstində” adlı məqalə ilə iştirak edərək, sertifikata layiq görülüb.


- Mənbə: ADPU Quba filialı
- Müəllif: Yusif Abayev