ADPU-nun Quba filialının kollektivi Qusar rayonunun Xürəl kəndindən olan Şəhid Şıxəliyev Ənvər Vadimoviçin ailəsini ziyarət edib

ADPU-nun Quba filialının kollektivi Qusar rayonunun Xürəl kəndindən olan Şəhid Şıxəliyev Ənvər Vadimoviçin ailəsini ziyarət edib

15 dekabr 2023-cü il tarixində Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Elza Babayeva və İBT 2201B, 2202B qrupunun tələbələri tərəfindən Şəhidin ailəsi ziyarət olunmuş, Şəhidin valideynlərinin Ənvər Şıxəliyev haqqında, onun uşaqlığı, təhsili, döyüş yolu haqqında xatirələri dinlənilmiş, Şəhidin ruhuna dualar oxunmuş, belə qəhrəmanların heç zaman unudulmayacağı vurğulanmışdır.

Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ənvər Vadimoviç oğlu Şıxəliyev 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub.

Ənvər Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində savaşıb. Ənvər Şıxəliyev oktyabrın 29-da düşmən snayperindən açılan atəşlə şəhid olub. 1 noyabr 2020-ci il tarixində Qusar rayonunda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə filial rəhbərliyinə və kollektivə minnətdarlığını ifadə etmişdir.

Onu da qeyd edək ki, Şəhid Ənvər Şıxəliyevin bacısı Rita Şıxəliyeva filialın İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsidir.

Allah Şəhidlərimizə rəhmət etsin.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?