ADPU-nun Quba filialının ikinci tədris binasında “Riyaziyyat və təbiət elmləri” fakültəsinə məxsus dekanlıq otağı istifadəyə verilib

ADPU-nun Quba filialının ikinci tədris binasında “Riyaziyyat və təbiət elmləri” fakültəsinə məxsus dekanlıq otağı istifadəyə verilib

Açılışda filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev və struktur bölmə rəhbərləri, Fakültənin dekanı v.m.i.e.Nubar Bayramova, fakültənin tyutorları iştirak edərək, təbrik nitqi ilə çıxış etdilər.

Təbriklərdə son dövrlər dosent Yusif Alıyevin rəhbərliyi ilə Filialın maddi texniki bazasının çox sürətlə yenilənməsi, həmçinin görülən işlərin istər bölgə üçün, istərsə də əməkdaşlar və tələbələr üçün çox yüksək əhəmiyyətə malik olduğu vurğulanıb.Qeyd edilib ki, son bir neçə ildə artıq neçənci işçi tədris otağının əsaslı şəkildə təmir edilib istifadəyə verilməsi əməkdaşların işə daha yüksək can yandırmasına, işin keyfiyyətinin artırılmasına da səbəb olur.

Daha sonra təşkil edilmiş çay süfrəsi arxasında söhbət davam etdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?