ADPU-nun Quba filialının “İDRAK” diskusiya klubunun və “PSİXOLOGİYA” klubunun birgə təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirilmişdir.

28.05.2023
ADPU-nun Quba filialının “İDRAK” diskusiya klubunun və “PSİXOLOGİYA” klubunun birgə təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın müzakirə mövzusu “Gender bərabərliyi və feminizm” olmuşdur.

Gender bərabərliyi və feminizmə olan münasibət, bu məsələlərin insan psixologiyasına təsiri və digər məsələlər müzakirə olunaraq mənfi və müsbət təsirləri araşdırılmışdır.

Müzakirə zamanı ADPU Quba filialının bütün ixtisas qruplarından olan aktiv tələbələr iştirak etmişdir.

Mövzu ətrafında olduqca maraqlı müzakirələr aparılmış və xüsusiylə tələbələrin fikirləri dinlənilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?