ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev yataqxanada qalan tələbələrin sosial qayğıları ilə maraqlanıb

04.11.2019
ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev yataqxanada qalan tələbələrin sosial qayğıları ilə maraqlanıb

Noyabrın 3-də ADPU Quba filialının direktoru dosent Yusif Alıyev filialın yataqxanasında yaşayan tələbələrlə görüş keçirmişdir.

    Görüşdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nurbala Süleymanov, Akademik Azad Nəbiyev adına “Bilgə ocağı”nın rəhbəri Dəyanət Şirinova, yataqxananın komendantı Aytən Dadaşova və tələbələr iştirak etmişlər. Səmimi və maraqlı atmosferdə baş tutan tədbiri dosent Yusif Alıyev açaraq son günlər Prezident cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlardan, gənc kadrların yeni təyinatlarından, ölkədə gənclərə göstərilən diqqət və qayğıdan bəhs edərək hamılıqla ölkədə aparılan siyasi xətti dəstəkləməyə çağırış edib. Gənclərə yaradılan münbit təsir şəraitindən danışan direktor dosent Yusif Alıyev, artıq müəllimlik peşəsinə olan təlabatın artdığını, müəllimlik ixtisasını seçən tələbələrin yüksək hazırlığını, ölkənin uğurlu təhsil islahatları kimi qeyd edərək bu işdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini və təhsil naziri cənab Ceyhun Bayramovun, ADPU-nun rektoru professor Cəfər Cəfərovun gərgin əməyini vurğulayıb.
Tələbələr filialda onlar üçün yaradılan keyfiyyətli tədris şəraitindən, yüksək komfortdan, yaşamaları üçün gözəl imkanları olan yataqxana binasında göstərilən xidmətlərdən danışaraq ölkə prezidenti cənab İlham Əliyevə uğurlu təhsil islahatlarına və güclü siyasi iradəyə görə minnətdarlıqlarını bildirib, təhsilə və tələbələrə göstərdiyi diqqət-qayğıya görə təhsil naziri cənab Ceyhun Bayramova,ADPU-nun rektoru,professor Cəfər Cəfərova və Quba filialının direktoru Yusif Alıyevə dərin təşəkkürlərini diqqətə çatdırdılar. Qeyd etdilər ki, son 2 ayda filialda həyata keçirilən uğurlu islahatlar nəticəsində tədrisin keyfiyyəti forma və məzmunca da dəyişmişdir. Tələbələr müəllimlər tərəfindən onlara yazdırılan mühazirələrdən əlavə olaraq kitabxanadan geniş şəkildə istifadə edərək, yeni yaradılan “Kitab klub”da və yataqxanada yaradılmış Akademik Azad Nəbiyev adına “Bilgə ocağı”nda maraqlı elmi diskusiyalar təşkil edirlər. Tələbələr sərbəst halda bəzi istək, arzu və iradlarını filialın direktoruna çatdıraraq, dərslərini bundan sonra daha yüksək formada hazırlayacaqlarına və qarşıdan gələn imtahan sessiyasından uğurla çıxacaqlarına söz verdilər.Sonra filialın direktor müavini Aysel Şeydayeva, baş müəllim Nurbala Süleymanov da tələbələrə öz tövsiyələrini verərək onları ölkənin ictimai-siyasi həyatında baş verən uğurlu dəyişikliklərə biganə qalmamağa çağırdılar.
         Daha sonra yataqxanada tələbələrin məişət şəraitləri ilə yaxından tanış olmaq üçün direktor dosent Yusif Alıyev tələbələrin otaqlarına, mətbəxə, sanitar qovşağa baxış keçirdi.İrad və təkliflərini bildirdikdən sonra otaqlar arasında səliqə-sahmanı, təmizliyi ilə fərqlənən otaqların sakinlərini bir aylıq yataqxana haqqının 50% ödənişindən azad etdi. Tələbələr yataqxanada yaradılan yüksək şəraitə görə direktor Yusif Alıyevə təşəkkürlərini bildirərək havaların soyuq keçməsinə baxmayaraq isti otaqlarda oturub dərslərini oxuyub, asudə vaxtlarını səmərəli həyata keçirirdiklərini qeyd etdilər. Sonda xatirə şəkili çəkdirildi.
Qeyd edək ki, ADPU-nun Quba filialının yataqxanasında ancaq qızlardan ibarət 35 tələbə yaşayır. Onlardan 2 nəfər məcburi köçkün ailəsindən olan tələbə yataqxanaın ödənişindən tam, 2 nəfər tələbə isə 50% azaddır. Yataqxana ən müasir qızdırıcı kombilər vasitəsilə, geniş imkanlara malik mətbəx ləvazimatları, soyuducularla təmin olunub. Müasir formada təmir olunmuş sanitar qovşaqlar və hamam da tələbələrin ixtiyarındadır.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?