ADPU -nun Quba filialının direktoru dosent Yusif Alıyev ümumrayon müşavirəsində iştirak edib

ADPU -nun  Quba filialının direktoru dosent Yusif Alıyev ümumrayon müşavirəsində iştirak edib

23 noyabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyəti başçısının İƏD-lər üzrə nümayəndələri, bələdiyyə sədrləri, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar növbəti dəfə  video müşavirə keçirmışdir. Müşavirədə həmçinin ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev də iştirak edib, müşavirədən sonra Başçı tərəfindən səsləndirilən fikirlərlə əlaqədar filialda bir sıra tapşırıqlar vermiş, müxtəlif işlərin icrası, Pandemiya dövründə davranış qaydaları,  cavabdeh şəxsin təyin edilməsi ilə əlaqədar qərar qəbul etmişdir.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?