ADPU-nun Quba filialının direktor köməkçisi, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, tarixçi Mürvət Cavid oğlu Əliyevin Daşnak ideyalarının əsirinə çevrilmiş xalq yazısı dərc olunub

02.12.2022
ADPU-nun Quba filialının direktor köməkçisi, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, tarixçi Mürvət Cavid oğlu Əliyevin Daşnak ideyalarının əsirinə çevrilmiş xalq yazısı dərc olunub

Bəxtsizlikdən şikayət etmək və başımıza gələn fəlakətlərin səbəblərini özümüzdən kənarda axtarmaq bizim milli psixologiyamızın xarakteristik  xüsusiyyətidir. Ovanes Kaçaznuni. Bəli tarix boyu yurd yuvaları olmayan, dünyaya özlərini əzilmiş millət kimi göstərməyə çalışan, hər işdə başlarına öz günahlarından gələn kiçik bir hadisəni kimdənsə, xüsusən türk millətindən görən, şər, yalan, böhtan və xəyallarla yaşayan ermənilər…..
Bu yazımda sizə ermənilərin özlərinin öz dillərindən yazılmış, onların iç üzlərini açan, xarakterik xüsusiyyətlərini ortalığa qoyan Ovanes Kaçaznuninin 1923-cü ildə yazılmış kitabı haqqında məlumat verəcəm.
Kimdir Ovanes Kaçaznuni? O, 1868-ci ildə indiki Gürcüstan Respublikasının Axalkalaki şəhərində dünyaya gəlmiş, orta təhsilini Tiflisdə, ali təhsilini isə Sank-Peterburqda memarlıq  ixtisası üzrə almışdır. Ali təhsil müddət Çar Rusiyasında siyasi proseslərin qarışıq olduğu, imperiyaya tabe olan xalqların siyasi oyanış dövrünə təsadüf edir. Öz yaltaqlıqları, qul xislətləri ilə rusların əlində alətə çevrilmiş ermənilər də Avropa dövlətlərindən aldıqları dəstəklə siyasi təşkilatlanmaya getməyə başladılar. Ovanes Kaçaznuni ilk siyasi təşkilat kimi 1890-cı ildə qurulan Daşnaksutyun partiyasının sıralarına 1893-cü ildə qatıldı və tezliklə partiyanın aparıcı şəxslərindən birinə, hakim qüvvəyə çevrildi.
XX əsrin əvvəllərində daşnak partiyasının əsas fiquruna çevrilən O. Kaçaznuni qaranlıq siyasi fəaliyyəti səbəbindən çar hökumət orqanları tərəfindən axtarılmış və ələ keçməmək üçün əvvəlcə İstanbula daha sonra Van şəhərinə köçərək 1917-ci ilə qədər burada yaşamışdır. Bu illərdə Osmalı dövlətində Rusiya və Avropa dövlətlərinin dəstək verdiyi ermənilərin təşkilatlanması və silahlanması işində fəal iştirak etmişdi. Lakin Çar Rusiyasında baş verən inqilab nəticəsində yaranan hakimiyyət boşluğundan istifadə edərək yenidən ölkəyə qayıtmışdır. 1918-ci ildə Cənubi Qafqaz Seymində parlamentdə Daşnak nümayəndəsi kimi çıxış etmişdi. Bu ilin may ayında yaranan Ermənistan dövlətinin ilk baş naziri olmuş və bu vəzifədə 1919-cu ilin avqust ayına qədər fəaliyyət göstərmişdir. Daha sonra da siyasi fəaliyyətini daşnak partiyasının üzvü kimi davam etdirən Kaçaznuni 1920-ci ilin sentyabr ayında Ermənistan Parlamentinin sədri seçilsə də bu vəzifəsində Sovet işğalının baş verməsi ilə əlaqədar olaraq bir ay qala bilmişdi. Sovet rejiminin qurulduğu ilk dövrlərdə həbs edilsə də daha sonra baş verən üsyan zamanı yaranan qarışıqlıqdan istifadə edərək Avropaya qaçmışdı. Lakin sonradan ideyaları ilə nəfəs aldığı Daşnaksutyun partiyasında fəaliyyətini dayandıraraq SSRİ-yə qayıtmışdı. 1925-1938-ci illərdə Yerevanda yaşayan və elmi fəaliyyətlə məşğul olan Kaçaznuni repressiya dövründə həbs edilmiş burada ölmüşdür.
Ovanes Kaçaznuni 1923-cü ildə Polşada Daşnaksutyun partiyasının iclasında geniş şəkildə çıxış edərək erməni xislətini, onların düşüncə tərzini, daşnak partiyasının siyasi fəaliyyətini, xarici qüvvələrin erməniləri yönləndirməsini, mümkünsüz, həyata keçməsi xəyal olan ideyalarla erməni millətçiliyini qızışdırması kimi faktları çılpaqlığı ilə məhz erməni millətçilərinin üzünə deyir. Daha sonra 1924-cü ildə bu çıxışını kitab halına salır. Maraqlı tərəfi odur ki, bu gün dünyanın bir neçə ölkəsində, bir neçə dildə çap edilən bu əsər Ermənistanda qadağan edilmişdir. Hətta Daşnak partiyası üzvləri Avropa kitabxanalarından bu kitabı yığmışdılar.
İndi bir qədər Kaçaznuninin mənsubu olduğu Daşnaksutyun partiyasının fəaliyyətindən danışmaq istərdim. Çünki, daşnakların fəaliyyətini, onların türk-azərbaycan düşmənliyini, Anadoluda və Azərbaycanda törətdikləri qətliamları  bilmədən onun mənsubu olmuş bir yüksək vəzifəli  erməninin yazdığı bu kitabın önəmini dərk etmək çətin olar. Bunun üçün Daşnaksutyun partiyasının proqramından bir stat vermək daha doğru olar deyə düşünürəm. “ Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır”. Bu proqramın hər sətrindən terror, düşmənçilik, şər qoxusu görünür. Məhz bu ideyalarla silahlanmış, xarici havadarlarından dəstək alan, yerli erməni millətçilərindən güc alan daşnaksütyun Anadoluda və Azərbaycanda qırğınlar, talanlar törətmişdirlər.
Kaçaznuninin özünün də kitabının əvvəlində dediyi kimi bu fikirlərə uzun müddət, çətin düşüncələr sonrasında gəldiyini bildirir. Hətta o, bilirdi ki, bu çıxışı daşnak millətçilər tərəfindən xoş qarşılanmayacaq, ona görə də səbirlə dinlənilməsini xahiş edirdi. Çıxışında 1914-1923-cü illər ərzində baş verən hadisələrin xronoloji ardıcıllığını və hadisələrin 35 bənddə şərhini verən müəllif ümumiyyətlə bütün fikirlərində günahkar olaraq xarici qüvvələr tərəfindən qızışdırılan erməni millətçiliyini, daşnak partiyasını, daşnak hakimiyyətini günahkar görür.
“1914-cü ilin payızında erməni könüllü dəstələri quruldu: Bu hadisə erməni xalqının 25 il ərzində bəslənmiş olduğu psixoloji vəziyyətin təbii nəticəsi idi”. Bu cümlə məhz 1914-cü ildə hələ Osmanlı dövləti I Dünya müharibəsinə qoşulmazdan öncə Anadoluda xarici qüvvələrin dəstəyi ilə erməni silahlı qüvvələrinin yaradıldığını və bunun heç də doğru addım olmadığını birinci bənddə tam çılpaqlığı ilə göstərir.
İkinci bənddə Kaçaznuni 1915-ci ilin əvvəllərində ermənilərin və Daşnaksutyunun bütün ümüdlərini Çar Rusiyasına bağladığını və Rusiyanın Qafqaz və Türkiyə ermənilərinə dövlət quracağına inandığını və xəyallara qapıldığını yazır. “Beynimiz dumanlanmışdı. Biz öz istəklərimizin həyata keçməsi üçün başqalarının adından verilən boş sözlərə inanaraq həqiqəti görə bilmədik və xəyallara qapıldıq”.
“Türklər nə etdiklərini bilirdilər bu gün peşmançılıq keçirəcək hal yoxdur. Sonralar başa düşdüyümüz kimi Türkiyədə erməni məsələsinin kökündən həll edilməsi üçün bu həll yolu ən doğru yol idi”. Fikrimcə kitabın əsas canı, mənası da elə bu etirafdır. Bir erməni baş nazirindən, daşnak partiyasının aparıcı üzvündən bu etirafları duymaq çox maraqlıdır. İllərdir “erməni soyqrımından” dəm vuran, xarici havadarları vasitəsi ilə bunu hər yerdə siyasi bir qanun halına salmaq istəyən ermənilər bu ifadələrə nə cavab verəcəklər doğrusu çox maraqlıdır.
Dördüncü bənddə isə Kaçaznuni də erməni psixologiyasından kənara çıxa bilməmiş Çar Rusiyasını günahlandırmağa çalışmışdır. “Ruslar Qraf Rastovskinin planına əsasən ermənilərsiz ermənistan yaratmaq istəyirlər…. Ağlı başında olan partiya üzvləri və mən də belə fikirləşirəm”.
Beşinci və onikinci bəndlər arasında o, Cənubi Qafqaz Komissarlığının fəaliyyətindən bəhs edərək, gürcülərdən şikayət edir və Azərbaycanın tarixi torpaqları olan Naxçıvan və Zəngəzura iddi edir, Bakıda və Azərbaycanda daşnak partiyasının törətdikləri vəhşilikləri dolayı yolla boyun alır, Bakıda bolşevik hakimiyyəti, Cənubi Qafqaz regionunda isə gürcülərlə birlik olduqlarını qeyd edir.
Kaçaznuni sonrakı bədlərdə heç zaman dövlət yarada bilmədiklərini, Türkiyə ermənistanı deyə bir faktın olmadığını, imperialist ideyalara qapıldıqlarını və bu işləri həyata keçirmək üçün terror fəaliyyətləri həyata keçirdiklərini bildirir. “İnsanlara qarşı terror edərək əvvəllər olduğu kimi əraziləri və kimlərisə bombalaya bilərik və Türkiyədə hay-küy salaraq böyük dövlətlərin diqqətini öz üzərimizə çəkə bilərik”.
Kaçaznuninin bu kitabında həm də erməni ideyalarının öz kimliklərindən, tarixi şəraitdən qaynaqlanmadığını və xarici dövlətlər tərəfindən onlara təklif edildiyini də görürük ki, bu da fikrimcə ən böyük etiraflardan biridir. “Necə oldu dənizdən dənizə ideyası ortalığa çıxdı….. bu tələbi Paris erməniləri irəli sürdü…… Amerika bu ideyanı dəstəkləməsək bizi öz mandatına almayacağını bildirdi”.
Kitabın ən son və əsas ideyası isə daşnaksutyun partiyası barədə idi. Adından da məlum olduğu kimi Kaçaznuni bildirirdi ki, “Daşnak partiyasının artıq edə biləcəyi bir şey yoxdur, intihar etməlidir. Çünki bir gün türklərlə barışmaq lazım olsa daşnak partiyası öz bəhanələri ilə bu işə nəinki kömək əksinə mane olacaq”.
Beləcə 1923-cü ildə Daşnak partiyasının aparıcı üzvü, “Ararat” dövlətinin ilk baş naziri, parlament sədri olmuş Ovanes Kaçaznuninin kitabındakı bu fikirlər tarixi gerçəklikləri ortaya çıxardığı üçün deyil həm də bu günümüz üçün lazımi nəticələr çıxarmağımız üçün çox dəyərlidir. Qərb dünyasının və Rusiyanın kiçik etnik toplumlardan məhz böyük, inkişaf edən dövlətləri parçalamaq üçün istifadə etdiyi bu gün də hamımıza açıq-aydın məlumdur. Bu dövlətlərin həyata keçirdiyi qanlı planlar nəticəsində Yuqaslaviyada, Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Gürcüstanda, Ukraynada  baş verənlər buna bariz misaldır. Amma bu kirli, məkirli planların bir son pərdəsi var və bu son pərdədə yaşanan faciələri Kaçaznuninin kitabında bütün açıqlığı və çılpaqlığı ilə görmək mümkündür. Yüz illərdir bir yerdə yaşadığı, qonşu olduğu xalqların üzərinə hücum edənlər bunun ağrılı nəticəsini nəinki qonşularına çəkdirmiş özləri də bundan ən ağır nəsiblərini almışdılar.
Mürvət Əliyev. ADPU-nun Quba filialının Direktor köməkçisi, Tarixçi

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?