Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası(YAP) Quba rayon təşkilatında qarşıdan gələn Bələdiyyə seçkiləri ilə əlaqədar gənclərlə görüş keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Ramin Mahmudov, filialın əməkdaşı Lalə Beydullayeva, filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, sədr müavini Ayşən Hüseynova da iştirak edib. YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək qeyd edib ki, qarşıdan gələn bələdiyyə seçkilərində gənclərimiz daha aktiv olmalıdır, çünki özlərini muxalifət adlandıran radikallar hər vəchlə ölkədə olan sabitliyi pozmaq üçün bəhanə axtarırlar. Ona görə də biz işimizi elə qurmalıyıq ki, onlar zərrə qədər nöqsan tapa bilməsin. Gənclərimiz sosial şəbəkələrdə daha da aktivlik göstərərək, onlara etik normalara riayət etməklə savadlı, tutarlı cavablar verməlidir. Sonda Yusif Abidov hamıya uğurlar arzu edib, bildirib ki, bu seçki də əvvəlki seçkilərdə olduğu kimi yüksək fəallıqla, qusursuz baş tutacaq və biz sizinlə qələbəmizi tən-tənəli şəkildə qeyd edəcəyik.
- Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev