ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlı “İKSAD BİLİM ONUR ÖDÜLÜ” mükafatına layiq görülüb.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlı “İKSAD BİLİM ONUR ÖDÜLÜ” mükafatına layiq görülüb.

Təbrik edirik!

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlı TÜRKİYƏ CÜMHURİYYITİNİN İKSAD – İqtisadi İnkişaf və Soaial Araşdırmalar İnstitutunun mükafatına layiq görülmüşdür. Hörmətli professorumuz  Ramazan Qafarlını filialın direktoru dosent Yusif Alıyevin və Ədəbiyyat və dillər kafedrasının kollektivi adından səmim qəlbdən təbrik edir, ona yeni elmi nailiyyətlər arzu edirik.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan İKSAD – İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu Türkiyə və Türkiyədən xaric bir çox ölkələrdə (Ermənistan istisna olmaqla) böyük sosial və iqtisadi layihələr həyata keçirir. Bu elmi-mədəni tədbirlərdən biri də Türkiyədə və dünyada bir çox elm sahələrini birləşdirən Beynəlxalq konfranslardır. İKSAD 2020-ci ildə Azərbaycanda ondan çox Beynəlxalq konfrans təşkil etmişdir. Dədə Qorquda, Bəxtiyar Vahabzadəyə, Novruza həsr olunan konfransların təşkilində AMEA Folklor İnstitutu da aktiv rol oynamışdır. İKSAD bütün bunları nəzərə alaraq göstərdikləri səmərəli fəaliyyətlərə görə İnstitutun direktoru akademik Muxtar İmanov və professor Ramazan Qafarlını 2021-ci ilin İKSAD BİLİM ONUR ÖDÜLÜ-nə (ELM MÜKAFATI-na) layiq görmüşdür. Mükafatları 14 yanvar 2021-ci ildə İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetin əməkdaşı Əlvan Cəfərov Folklor İnstitunun İçəri Şəhərdə yerləşən binasında təqdim etmişdir. Təqdimat zamanı İKSAD başkanı Dr. Mustafa Latif Emek canlı bağlantı ilə mükafatçıları salamlamış və təbrik etmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?