15 sentyabr 2022-ci ildə ADPU-nun Quba filialında 11 ixtisas üzrə 1000-dən çox tələbə 2022-2023-cü tədris ilinin ilk gününə başlamışdır. Tələbələr ilk olaraq müvafiq qruplara bölünmüş və tədris auditoriyalarına yerləşdirilmişdir. Filialın direktoru dosent Yusif Alıyev tələbə adını qazanan birinci tədris ili tələbələri ilə ayrı-ayrı qruplarda görüşmüşdür. Tələbələri qəbul olmaqları münasibəti ilə təbrik edən direktor onlara Filial haqqında məlumat vermişdir.
Qeyd edək ki, son günlərdə Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələr və bunun nəticəsində şəhid olan Azərbaycan əsgərlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq heç bir kütləvi tədbir həyata keçirilməmiş, qruplarda ilk dərslər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanmışdır.
[learn_press_profile]