ADPU-nun Quba filialında “Tarix yazan lider: Heydər Əliyev” adlı praktik konfrans keçirilib.

12.12.2023
ADPU-nun Quba filialında “Tarix yazan lider: Heydər Əliyev” adlı praktik konfrans keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Heydər Əliyev lektoriyasında 11.12.2023-cü il tarixində Ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyevanın moderatorluğu ilə “Tarix yazan lider: Heydər Əliyev” adlı praktik konfrans keçirilib.

Konfrans ulu öndər Heydər Əliyevin və Azərbaycan xalqının müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıldı.

Əvvəlcə çıxış üçün söz ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyevə verildi. Direktor çıxışında bildirdi ki, Heydər Əliyev Azərbaycanı var edən liderdir. Xalqı üçün dəyərli şəxsiyyətdir. Azərbaycana ilk rəhbərlik etdiyi dönəmdən etibarən xalqın sevgisini qazanmışdır. Xalqın gücü ilə bütün dağıdıcı qüvvələrə qalib gəldi. Azərbaycan Heydər Əliyevin şah əsəri oldu. Özündən sonra da siyasi lider yetişdirdi. Və bu gün biz hamımız gözəl bilirik ki, Ulu öndərin görmək istədiyi Azərbaycanı indi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyinin idarəsində yaşaya bilirik. Biz əminik ki, ulu öndərin canı ilə bağlı olduöu Azərbaycan xalqə bundan sonra da irəli baxmağa, qüdrətlənməyə doğru yönələcəkdir.

Daha sonra çıxış üçün söz əməkdar mədəniyyət işçisi, Humanitar elmlər kafedrasının müəllimi Elza Orucovaya verildi. O çıxışında bildirdi ki, Heydər Əliyev deyirdi ki, “Mən öz həyatımın 60 ilini Azərbaycanın bu günü və sabahı üçün yaşamışam.” O, həqiqətən dahi insan idi. Ədalətli olması, humanizmi, Azərbaycan sevgisi onu dahilərin dahisi etdi. Azərbaycana rəhbərlik etdiyi dönəmdən etibarən canlanma baş verdi. Hər sahədə uğurlar qazanıldı. Bütün bunlar Heydər Əliyevin səyi nəticəsində olmuşdu. Bu illərdə Heydər Əliyev Azərbaycana lazım olan siyasi xadimlərin yetişməsi üçün onların xaricdə təhsil alıb vətənə qayıtması ilə bağlı olaraq, xüsusilə özü məşğul oldu. Əgər biz o illəri təhlil etsək, bizə aylarla, illərlə vaxt lazımdır. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında bir çox işlər görmüşdür. Nə qədər Azərbaycan var, bu millət var Heydər Əliyev də var deməkdir – fikri ilə öz çıxışını tamamladı.

Sonra çıxış üçün söz “Tarix müəllimliyi” ixtisasının I kurs tələbəsi Günəş İskəndərova, “Riyaziyyat və İnformatika müəllimliyinin” II tədris ili tələbəsi Röya Manafovaya, “Tarix müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Məhəmməd Qəhrəmanlıya, “Tarix coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Rəşad Abdullayeva verildi. Tələbə natiqlər də Ulu öndər Heydər Əliyevin həyat yolundan, Azərbaycan xalqı, vətəni üçün gördüyü işlərdən bəhs edərək onun gördüyü nəhəng işlərdən danışdılar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?