ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsində təhsil alan Sosial iş və MQT ixtisasının tələbələrinin valideynləri ilə görüş keçirilib. Görüşdə Filialın direktoru f.e.d Y.Alıyev, dekan v.m.i.e. p.f.d A.Şeydayeva, dekan müavini M.Əliyev, ixtisasın tyutorları N.Zeynalova, N.Mikayılova, T.İskəndərova iştirak edib.
Görüşdə qarşılıqlı bir çox məsələlər müzakirə edilib, Valideyn Assosiasiyasının yaradılması qərara alınıb, valideynlər həmçinin filialdakı tədris və tərbiyə məsələlərindən razılıqlarını ifadə ediblər.
Daha sonra valideynlər həm də Filialda həmin saatda Özbəkistanın İpək Yolu Tədqiqat Akademiyasının rəhbəri professor Azamat Akbarov tərəfindən keçirilən “21-ci əsrin dilinin öyrənilməsi və tədrisi: mədəniyətlərarası təhsilin həyata keçirilməsi” mövzusunda seminarda da iştirak edib, övladlarının inkişafı üçün yaradılan şəraitə görə filialın direktoru f.e d.Yusif Alıyevə və kollektivə təşəkkür ediblər.
Qeyd edək ki, hər iki Fakültədə bütün ixtisasların valideynləri ilə görüşlərin il ərzində ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.