ADPU-nun Quba filialında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən iki günlük təlim keçirilib

28.09.2021
ADPU-nun Quba filialında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən iki günlük təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və TKTA arasında imzalanmış təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi çərçivəsində təlim keçirilib.
Təlimin hər iki günündə iştirak edən filialın direktoru dosent Yusif Alıyev təlimçiləri və təlim iştirakçılarını salamlayaraq,  təlimin təşkilinin filialın gələcək inkişafı üçün olduqca vacib bir məqam olduğunu vurğulamış, filialda Keyfiyyətin Təminatı Sisteminin yaradılmasını və universitetdə tətbiq edilməsinin təmin edilməsində məqsədin həm də professor-müəllim heyətinin də inkişafına, innovativ fəaliyyətə həvəsləndirilməsinə təkan verəcəyini diqqətə çatdırmışdır.

Onu da qeyd edək ki, əməkdaşlıq müqaviləsinə əsasən təlimlər TKTA tərəfindən 28-29 sentyabr tarixlərində əyani formada pandemiya qaydalarına riayət edilməklə təşkil olunmuşdur.

Təlimlər filialda TKTA-da  Keyfiyyətin təminatı şöbəsinin müdiri  Asiman İlyasov və böyük məsləhətçi Şəhriyar Məmmədli
tərəfindən keçirilmişdir.

Təlimin məqsədi Boloniya prosesinin dərinliklərinə dair geniş məlumat vermək, həmin proses çərçivəsində keyfiyyət təminatının mexanizminin qurulması yollarını aydınlaşdırmaq və təbii ki, bütün proses ərzində ESG-i də daxil olmaqla milli və beynəlxalq standartlara dair məlumat verilmişdir.

Təlim hər biri 2 (iki) saat olmaqla 4 fərqli modul üzərindən 2 (iki) gün davam edib, təlimin ilk günü 27 sentyabr tarixində Boloniya prosesində keyfiyyət təminatı və Avropa Ali Təhsil məkanında Keyfiyyət Təminatı üzrə standartlar və Təlimatlar (ESG), 28 sentyabr tarixində baş verən təlimdə isə sillabusların dizaynı, təlim nəticələrinin yazılması və qiymətləndirilməsi qaydaları, son olaraq daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması məsələlərinə toxunulmuşdur.

İki günlük təlim sonunda iştirakçılar Boloniya prosesinin əsas prinsiplərinə, istifadə olunan keyfiyyət təminatı alətlərinə, ESG standartlarına, ali təhsil müəssisələrində daxili keyfiyyət təminatının qurulmasında bu standartların əhəmiyyətinə dair məlumat əldə etdilər.
Təlim prosesi zamanı təlimçi iştirakçıların maraqlandığı bütün suallara ətraflı şəkildə cavablandırmışdır.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?