![ADPU-nun Quba filialında “Savadlı Azərbaycan gəncliyi” devizi altında “Feil və zərf” mövzusunda “Açıq dərs” keçirilib](https://adpuquba.edu.az/wp-content/uploads/2022/11/315834311_587345243199733_8948136457374007186_n.jpg)
Ədəbiyyat və dillər kafedrasının baş müəllimi f f.d. Vüqar Teymurxanlının təşkilatçılığı ilə keçirilən açıq dərsdə Humanitar və sosial elmlər fakültəsi Məktəbəqədər təlim tərbiyə ixtisasının I tədris ili tələbələri hazırladıqları təqdimatlar əsasında feil və zərfə aid nəzəri məlumatları təkrarlamaqla bərabər, həm də çalışma və təhlillər əsasında müxtəlif praktik tapşırıqları da uğurla yerinə yetiriblər.
ADPU-nun Quba filialının Tədris şöbəsinin müdiri M. Bağırova, Humanitar və sosial elmlər fakültəsinin dekanı v.m.i.e. A.Şeydayeva, Ədəbiyyat və dillər kafedrasının müdiri dosent G. Ağabəy, KTŞ müdiri P Rzayeva, Ədəbiyyat və dillər kafedrasının müəllimləri b/m E.Şeydayev, N.Allahverdiyevanın iştirakı ilə keçirilən açıq dərsdə tələbələr müəllimin rəhbərliyi ilə fəallıq nümayiş etdiriblər.
![](https://adpuquba.edu.az/wp-content/uploads/2022/11/315741383_587345286533062_5765898989603531004_n-300x157.jpg)
![](https://adpuquba.edu.az/wp-content/uploads/2022/11/315823238_587345489866375_625721720008368369_n-224x300.jpg)