ADPU-nun Quba filialında Pedaqoji (istehsalat) təcrübənin başlanğıc konfransı keçirilib

17.02.2023
ADPU-nun Quba filialında Pedaqoji (istehsalat) təcrübənin başlanğıc konfransı keçirilib
6 fevral 2023-cü il tarixində ADPU-nun Quba filialının Akt zalında Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib
Konfransda filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev, filialın professor və müəllim kollektivi, pedaqoji təcrübəyə buraxılacaq tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Türkiyədəki dəhşətli zəlzələdə həlak olan insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev əvvəlcə tələbələri müəllim hazırlığının yekun mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, onları bu müddətdə filialda təcrübəli professor və müəllimlərdən əldə etdikləri bilikləri tətbiq etmək üçün daha məsuliyyətli olmağa dəvət edib, qeyd edib ki, filial direktoru olaraq bu günə kimi hər bir tələbənin kadr kimi hazırlığında əlindən gələni əsirgəməyib, bundan sonra da onların uğurunu fililaın uğuru kimi dəyərləndirəcəyini diqqətə çatdıraraq vurğulayıb ki, tələbələrin şərəfli müəllim adını doğruldacaqlarından əmindir. Daha sonra filialın direktoru bildirib ki, Pedaqoji təcrübə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 sentyabr 2008-ci il tarixdə təsdiq etdiyi “Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ixtisas üzrə təcrübələrinin təşkili və keçirilməsi haqqında Əsasnamə” yə uyğun olaraq tənzimlənir. Pedaqoji təcrübə ADPU-nun tədris planında xüsusi yeri olan bir prosesdir. Əslində təcrübə sosial sərvətdir. Tələbələrin mütəxəssis kimi hazırlığı məhz praktik yolla dərinləşdirilir, nəzəri biliklər pedaqoji təcrübə müddətində icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. Bu il Quba şəhərinin 1, 2, 4, 5 nömrəli orta məktəbləri, FRİTL, 1 və 2 nömrəli körpələr evi-uşaq bağçalarına tələbələrin təhkim olunaraq pedaqoji təcrübə keçmələri ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə ikitərəfli müqavilə bağlanılıb. Belə ki, 2022/2023-cü tədris ilində baza məktəblərinə 193 tələbəmiz təhkim olunur.
Həmçinin ilk dəfə olaraq psixologiya ixtisasının tələbələrinin Quba Mərkəzi Xəstəxanasının psixoloji xidmət bölümündə təcrübə keçəcəklərini də qeyd etdi.
Konfrans Filialın Tədris şöbəsinin müdiri Mələk Bağırovanın moderatorluğu ilə davam edib.
Daha sonra konfransda filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini b/m Nübar Bayramova çıxış edib, fakültədən təcrübəyə buraxılacaq tələbələrlə bağlı məlumatı diqqətə çatdırıb.
Sonra konfransda çıxış edən Təcrübə və məzunlarla iş üzrə rəhbər Şəhla Mədətova qeyd edib ki, bir tələbənin təcrübə keçməsi üçün 56 saat dərs yükü 31 metodistə, 4 saat pedaqoqa, 2 saat psixoloqa və digər baza müəllimlərinə ayrılır. Təcrübəyə gedən tələbələr filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix coğrafiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim tərbiyə”, “Təhsildə sosial psixoloji xidmət” ixtisasından olmaqla 20 yarımqrupa bölünərək adı çəkilən müəssisələrə göndəriliblər.
Daha sonra çıxış edən metodistlər b/m Eyvaz Şeydayev, r.f.d. Nurbala Süleymanov, b/m Elbrus Əhmədov da tələbələrə məktəblərdə davranış qaydaları ilə bağlı məlumat verib, onlara bundan sonra da gələcəyin savadlı müəllimi kimi hazırlanmalarında, təcrübə əldə etmələrində əllərindən gələn köməyi göstərəcəklərini vurğulayıblar.
Sonda xatirə şəkli çəkdirilib və tələbələr metodist və yarımqrup rəhbərləri ilə birlikdə məktəblərə yola düşüblər.
 
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?