22 iyun 2023-cü il tarixində ADPU-nun Quba filialının tələbələri üçün “M10 tətbiqi və tələbələrin PashaPay MMC-də karyera imkanları” mövzusunda məlumat sessiyası təşkil olunub.
Tədbirdə PashaPay MMC şirkətinin Partnyorlarla iş şöbəsinin rəhbəri Elçin Allahverdiyev, Partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Elvin Babayev, İnsan resursları şöbəsinin əməkdaşı Əsmər Məmmədova, Filialın əməkdaşları və tələbələr iştirak edib.
E. Allahverdiyev əvvəlcə görüşün təşkilinə görə filialın direktoru fizika elmləri doktoru Yusif Alıyevə təşəkkür edib, daha sonra M10 tətbiqinin üstünlükləri, yeniliklər və funksiyaları haqqında detallı məlumat verdikdən sonra PashaPay MMC-nin nəzdində tələbələr üçün yaradılmış müxtəlif könüllü fəaliyyətlər, karyera imkanları haqqında geniş çıxış edib. Həmçinin çıxışçı yaxın gələcəkdə şirkətdə çoxsaylı yeni layihələrə start veriləcəyi haqqında tələbələri məlumatlandırıb. Sonda layihələrdə iştirak və karyera imkanlarından yararlanmaq üçün müraciət qaydaları tələblərə izah edilib.
Tədbirin məqsədi M10 tətbiqi haqqında detallı məlumat vermək və tələbələrin PashaPay MMC nəzdində karyera imkanlarından yararlanmaq və həmçinin çox sayda yeni layihələrə cəlb etməkdən ibarət olub.
Qeyd edək ki, PashaPay MMC “PashaHolding” MMC-nin stratej aktibi olaraq fəaliyyət göstərir. Şirkət “xalq brendi” kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilən “MilliÖn” ödəmə sisteminin əsasında qurulub.