ADPU-nun Quba filialında nümunəvi açıq dərs – tədbir keçirilib

28 May 2021-ci il tarixində ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Elza Babayevanın rəhbərliyi və təşkilatçılığı ilə  “28 May Respublika Günü”nə həsr olunmuş nümunəvi açıq dərs keçirilib.

Açıq dərsdə filialın direktoru dosent Yusif Alıyev də iştirak edib, tələbələrə öz məsləhətlərini verib, hər zaman onların yanında olduğunu, gənclərin inkişafından və uğurlarından qürurlandığını diqqətə çatdırıb. Belə maarifləndirici tədbirlərin olduqca vacibliyini vurğulayıb.

Qeyd:
AZD 1902B qrup tələbəsi Həyatə Nurkişiyevanın qələmə aldığı “Vətən uğrunda” pyesində 2-ci Qarabağ müharibəsi, həmin müharibədə şəhidlik zirvəsinə ucalan Azərbaycanın mərd oğulları, sonda isə “Xarı bülbül” festivalına aid səhnələr nümayiş etdirilmişdir.  AZD 1902B qrupunun tələbələri – Könül Şükürova, Aysel Pənahova, Alimə Qürbətova, Əfsanə Məmmədquliyeva, Nərminə Mirzəyeva, Həyatə Nurkişiyeva, Elvira Zeynalova, Fidan Mirzəməmmədova, Aydan Mirzəməmmədova, Səbinə Nurməmmədova, Şahnaz Şirinova, Xədicə Qasımovanın həyata keçirdiyi bu layihə böyük marağa səbəb olmuşdur. Filialın direktoru dosent Yusif Alıyev tərəfindən tələbələrin bu əzmi təqdirəlayiq görülmüşdür. Tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının müəllimləri Mələk Bağırova,  Aysel Şeydayeva, Elnurə Əhmədova da iştirak etmişdir. Müəllimlər də öz çıxışlarında tələbələrin sevincinə şərik olduqlarını Yusif müəllimin fikirlərinə dəstək verdiklərini bildirib, tədbirin təşkilatçılığına və gənclərin şəxsiyyət kimi inkişafında marağına görə Elza Babayevaya təşəkkür ünvanlayıblar.
Sadəcə bir gün ərzində canlandırılan bu səhnəcikdə tələbələr bacardıqlarının ən yaxşısını ərsəyə gətirərək təqdim etmiş və böyük uğura imza atmışdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir