ADPU-nun Quba Filialında “Nəsimi-650 il” adlı tədbir keçirilib

01.05.2019
ADPU-nun Quba Filialında “Nəsimi-650 il” adlı tədbir keçirilib

Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir  filialın Ədəbiyyat və dillər kafedrasının müdiri, dosent Gülşən Ağabəy tərəfindən təşkil edilib.

Tədbirdə filialın direktoru, professor Əli Allahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri –filologiya elmlər doktoru, professor Bədirxan Əhmədli, filologiya elmlər doktoru Rəhim Əliyev , Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru, İctimai Televiziyanın bölgə müxbiri Ramiz Ramazanlı, Quba Rayon Vladimirovka kənd orta məktəbinin direktoru Gülnarə Hüseynova, filialın professor və müəllim heyəti iştirak ediblər. 
Tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının müdiri, dosent Gülşən Ağabəy,  həmin kafedranın  müəllimləri, dosent Ramazan Qafarlı,  Eyvaz Şeydayev, filologiya üzrə fəlsəfə doktoru Vüqar Teymurxanlı, Günəş Xudayarova, Kəmalə Bayramova çıxış ediblər.

Tədbirdə həmçinin filialın  “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının tələbələrinin ifasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin  qəzəlləri,həmin qəzəllərə yazılmış musiqilər  səsləndirilib, video-çarx nümayiş olunub.

Tədbir ümumilikdə xüsusi maraqla qarşılanıb.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?