6 dekabr 2023-cü il tarixində filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri, Riyaziyyat və informatika kafedrasının müəllimi Hikmət Musayevin rəhbərliyi ilə RM2101B qrupunun növbəti STEAM dərsi Quba FRİTL-də keçirilib.
Bildiyimiz kimi STEAM- Elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənt elmlərinin inteqrasiyası deməkdir. STEAM dərsləri praktik, yeni metodologiyalar əsasında öyrədilir. Təhsilalanlarda yaradıcı, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq məqsədilə STEAM dərslərinin tədrisi vacib və zəruridir. ADPU-nun Quba filialı və Quba FRİTL birgə layihəsi olan belə əməkdaşlıq dərsləri istər tələbələr, istərsə də şagirdlər üçün olduqca maraqlı alınıb.