22 – 24 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təlim-tədris mərkəzinin təşkilatçılığı ilə ADPU-nun Quba filialında keçirilən “Şəbəkələşmə” mövzusunda təlimlər yekunlaşıb
Təlim müddətində müxtəlif ali və orta təhsil müəssisələrindən 100-ə yaxın müəllim iştirak edib, qarşılıqlı əməkdaşlıq şəraitində keçirilən təlimlərdə
yeni texnologiyalar, pedaqoji yanaşmalar, şəbəkələşmə və davamlı inkişaf, tədris və öyrənmə yenilikləri müzakirə edilib, təlim iştirakçıları effektiv təqdimatla bağlı ən müasir metod və üsullar haqqında məlumat əldə edərək, təqdimat bacarıqlarının daha effektiv olmasına yiyələniblər.
Mövzular ətrafında müzakirə çay fasiləsi zamanı da davam edib.