ADPU-nun Quba filialında istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

06.12.2022
ADPU-nun Quba filialında istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının birgə təşkilatçılığı ilə filialın akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “YOL VER TÜRKÜN BAYRAĞINA!” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə, hörmətli professor Mahirə xanım Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Yeni Azərbaycan Partiyası Quba rayon Təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, ADPU-nun Filologiya fakültəsinin əməkdaşları dos. İradə Kərimova, f.ü.f.d. Könül Həsənova, dos. Könül Səmədova
dos. Sevinc Sadıqova, f.ü.f.d Aynurə Əliyeva
dos. Məlahət Babayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları şöbəsinin müdiri professor Məmməd İracoğlu, tanınmış Azərbaycan şairi və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı,  Azərbaycanlı yazıçı, tərcüməçi və publisist, Əhməd Cavad irsinin tədqiqatçısı Ülviyyə Tahir, Bakı Dövlət Universitetinin alimləri, Quba şəhər 4 saylı məktəbin direktoru Gülnarə Niftəliyeva, Quba FRİTL direktoru Kamran Alıyev, Şəhid ailələri – Tünzalə Abduləlimova, Faiq Abduəlimov, Zümrüd Əliyeva, Rəsmiyyə Qocayeva, Elnarə Abbasova, Nizami Abbasov, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi iştirak edib.
Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb.
Tədbiri Azərbayacan Dövlət Pedoqoji Universitetinin Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının müəllimi f.ü f.d Aytən Qurbanova açıb, qeyd edib ki, Əhməd Cavad 1892-ci il mayın 5 də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Uşaqlığından oxumağa və yazmağa maraq göstərən Əhməd 1906-1912 illərdə Gəncə Ruhani Seminariyasını bitirib. Burada rus, ərəb, fars dillərini mükəmməl öyrənməklə yanaşı Hüseyn Cavid və Abdulla Sur kimi görkəmli ziyalıların tələbəsi olub .1920-1922 – ci illərdə Quba Xalq Maarif şöbəsinin müdiri vəzifəsində çalışsa da ali təhsil almaq üçün 1922-1927 ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsinə qəbul olunur. “Mən xalqım üçün doğulmuşam , xalqımın taleyi mənim taleyim olacaq” deyən istiqlal şairi Əhməd Cavad mübarizəni həyatının ən böyük məqsədinə çevirmişdi, nəhayət 1918-ci il mayın 28- də Azərbaycan Xalq Cumhuriyyətinin qurulması onun yaradıcılığında dönüş yaratdı. Əhməd Cavad ədəbi-ictimai fikrimizdə romantizm ədəbi məktəbinin istedadlı nümayəndəsi nasir, publisist və milli istiqlal şairi kimi məşhurdur.
Daha sonra tədbirdə filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının I tədris ili tələbələrinin ifasında şairin “Gəldim Gəncəyə”, “Yuxuma gəlmişdin”, “Yağış tökdü üstümüzə”, “Susmaram” və digər şeirləri səsləndirilib, istiqlal şairi Əhməd Cavadın və ömür-gün yoldaşı Şükriyyə xanımın həyatını özündə əks etdirən səhnəciklər, həyatından bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Bədii hissədən sonra rəsmi hissə başlayıb. Rəsmi hissədə f.ü.f.d Aytən Qurbanova tanınmış şairə Mahirə xanım Nağıqızının “Salam olsun” şeirini səsləndirməklə ilk sözü ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə, professor Mahirə xanım Hüseynovaya təqdim edib. Mahirə xanım Hüseynova tədbir iştirakçılarını salamlayıb, ADPU-nun Quba filialında filialın direktoru dosent Y.Alıyevin rəhbərliyi ilə görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb, tədbir haqqında düşüncələrini bölüşüb. Qeyd edib ki, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamdan irəli gələn məsələləri icra etmək borcumuzdur, bu səbəbdən də təşkil edilən tədbirin mənəvi dəyəri də olduqca yüksəkdir.
Daha sonra tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları şöbəsinin müdiri professor Məmməd İracoğlu, tanınmış Azərbaycan şairi və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı,  Azərbaycanlı yazıçı, tərcüməçi və publisist, Əhməd Cavad irsinin tədqiqatçısı Ülviyyə Tahir İstiqlal şairi Əhməd Cavadın həyatından və bu tədbirin önəmindən danışıblar.
ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev sonda çıxışı edərək dəvəti qəbul edərək gəldiklərinə görə hörmətli professor Mahirə xanım Nağıqızına, Şəhid ailələrinə, Quba rayon hüquq və mühafizə orqanlarının rəhbərlərinə, rayon və təhsil ictimaiyyətinə, qonaqlara öz dərin təşəkkürünü bildirib, qeyd edib ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olub.Ölkə Prezidenti İlham Əliyevin Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar aprel ayında imzaladığı Sərəncama əsasən filialda da silsilə tədbirlər həyata keçirilib.Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır.
Dosent Yusif Alıyev çıxışının sonunda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynovaya Quba ictimaiyyətinin adından simvolik xalça hədiyyə edib.
Daha sonra tədbirin yüksək səviyyədə təşkili və filialın ictimai həyatında yaxından iştirakına görə ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi f.ü.f.d Aytən Qurbanovanı Fəxri fərmanla təltif edib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib, tədbirdən sonra çay süfrəsi ətrafında müzakirələr davam etdirilib.

https://www.youtube.com/watch?v=D8xlrRjNTAE

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?