ADPU-nun Quba filialının tələbələrinin imtahanlara hazırlıqlarının artırılması məqsədilə seminar dərslərində keçirilən kollokviumlar yazılı, şifahi və test formasında aparılır.
Keçirilən kollokviumlarda tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi məqsədi ilə onların texniki vasitələrdən, nəzəri materiallardan istifadəsinə yol verilmir.
2022/2023-cü tədris ilinin ikinci semestrindən etibarən test və yazılı kollokviumlar zamanı Fakültə dekanlığından nümayəndələr də iştirak edir və testlər Fakültə dekanlıqlarında toplanılır.
Kollokviumların ciddi və obyektiv keçirilməsi ilə tələbələr ilk gündən öyrəndikləri çoxballı sistemin əhəmiyyətini, onların tədris fəaliyyətinin müxtəlif növlərinin hansı ballarla qiymətləndirilməsini diqqətdə saxlayır, imtahanlara hazırlığa başlamış olurlar. Onu da qeyd edək ki, filialın müəllimləri tələbələrin bilik və bacarıqlara daha mükəmməl şəkildə yiyələnmələri üçün hər zaman müxtəlif yeni üsullar tətbiq edirlər..
Qeyd: Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramova Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ili, AZD 2202 B qrupunda Azərbaycan ədəbiyyatı tarixi – 1 fənnindən test formasında kollokvium götürür.