ADPU-nun Quba Filialında “Hərəyə bir kitab” alı tədbir keçirilib

26.09.2019
ADPU-nun Quba Filialında “Hərəyə bir kitab” alı tədbir keçirilib

Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının kitabxanasında “Hərəyə bir kitab” alı tədbir keçirilib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva, filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, TEC-nin sədr müavinləri Ayşən Bağılı, Səyyad Nəcəfov, I tədris ili tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Kitabxana müdiri Samirə Hacıyeva filialın kitabxanasında 19159 sayda elmi, bədii ədəbiyyatın, dərslik və dərs vəsaitinin tələbələrin ixtiyarında olduğunu qeyd edib.Tələbələrin kitabxanaya cəlb edilməsi və tələbə-gənclərin elmi ədəbiyyata olan tələbatının tam ödənilməsi üçün filialın direktoru dosent Yusif Alıyevin tapşırığı ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Quba Rayon Mərkəzi Kitabxanası ilə əlaqələrin gücləndiriləcəyini diqqətə çatdırıb.

Sonda filialın kitabxana fondu ilə əlaqədar tələbə-gəncləri maraqlandıran suallar cavablandırılb.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?