ADPU-nun Quba Filialında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

24.09.2019
ADPU-nun Quba Filialında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Sentyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Heydər Əliyev auditoriyasında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın“Pedaqoji və ictimai fənlər”kafedrasının  müəllimləri Mürvət Əliyev, Novruz Kərimov, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, TEC-nin sədr müavini Ayşən Bağılı və “Tarix coğrafiya müəllimliyi”ixtisasının II tədris ili tələbələri iştirak edib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva və filialın “Pedaqoji və ictimai fənlər”kafedrasının  müəllimi Mürvət Əliyev qeyd ediblər ki, doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək bizim birinci vəzifəmiz, Azərbaycanımız qarşısında olan borcumuzdur.

Tədbirin sonunda çıxış edən gənclər isə hər zaman Vətənin sadiq müdafiəçiləri olacaqlarını əminliklə bildiriblər.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?