ADPU-nun Quba filialında “Debatların təşkili və keçirilməsi 2” adlı onlayn təlim keçirilib

ADPU-nun Quba filialında “Debatların təşkili və keçirilməsi 2” adlı onlayn təlim keçirilib

Mart ayının 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında filialın Tələbə Gənclər Təşkilatının, Fətəlixan adına Disput və Debat Klubunun təşkilatçılığı ilə “Debatların təşkili və keçirilməsi 2” adlı təlimdə filialın direktoru dosent Yusif Alıyev, direktor müavini Aysel Şeydayeva, TGT sədri Səyyad Nəcəfov, Disput və Debat Klubunun sədri Elvin Şükürov, filialın tələbə gəncləri iştirak edib.
Təlim Elvin Şükürovun rəhbərliyi, klubun sədr müavinləri Nazənin Nəsirova, Leyla Mahmudovanın təşkilatçılığı ilə hazırlanan slayd və çarpaz suallar vasitəsilə həyata keçirilib.
Təlim prosesinə münasibət bildirən dosent Yusif Alıyev filialın belə istedadlı, innovativ gənclərinin üzə çıxarılması üçün filial olaraq doğru yolu tutmaqdan böyük məmnunluq duyduğunu, bu uğurlardan motivasiya aldığını və hədəflərə doğru daha əmin addımlarla irəlilədiyini dilə gətirib.Filialda olan bütün yeniliklərin əslində bir məqsədi olduğunu, gəncləri bir mərkəzdə toplayaraq inkişafa sövq etməyin vacibliyini və bu məqsədlə bütün kollektivin birgə səy göstərməli olduqlarını vurğulayıb.
Daha sonra çıxış edən TGT sədr müavini Şəhla Qafarova, Nicat Piriyev, Elvin Şükürov tələbələr adından filialın direktoru dosent Yusif Alıyevə gənc kimi inkişaflarına görə təşəkkür edib, bütün tədbirlərdə onlarla birlikdə olan direktorla qürur duyduqlarını və hətta bugünki çıxışın da onlar üçün bir yeni yol açdığını diqqətə çatdırıblar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?