Azərbaycanda magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

Azərbaycanda magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

Nazirlər Kabineti  “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” qərarında dəyişiklik edib.

Hüquqşünaslıq ixtisasına “Ekologiya hüququ”, Kommersiya ixtisasına “Elektron kommersiya”, Riyaziyyat ixtisasına “Aktuar riyaziyyat”, Kompüter elmləri ixtisasına “Kompüter elmləri və texnologiyaları”, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasına “Logistika və nəqliyyat”, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına “Kibertəhlükəsizlik”, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisasına “Şəhər infrastrukturunda smart texnologiyalar” ixtisaslaşmaları əlavə edilib. Eləcə də təsnifata yeni “Şəhərsalma” ixtisası və onun “Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslaşması artırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?