![ADPU-nun Quba filialında DEBATların intensiv təşkili məqsədilə təlimlərə başlanılıb](https://adpuquba.edu.az/wp-content/uploads/2022/12/319188732_604143824853208_4588808867868664794_n.jpg)
Təlimlər filialın Tələbə Gənclər Təşkilatının (TGT) və filialın Tarix coğrafiya müəllimliyi ixtisasının 2022-ci il məzunu Elvin Şükürovun təşkilatçılığı ilə həyata keçirilib.
Təlimin ilk günü Debat klubun üzvlərinə ümumi məlumatlar çatdırılıb, qeyd olunub ki, debat – özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlament və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətdir. Debat əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat – qarşı tərəfin hisslərini, düşüncələrini və fikirlərini dəyişdirməyi və ya yeniləməyi və digər insana təsir etməyi hədəfləyən bir nitq formasıdır.
Qeyd edək ki, Debat təlimləri 1 ay müddətinə davam edəcəkdir.
![](https://adpuquba.edu.az/wp-content/uploads/2022/12/319035731_604144254853165_8414810514349512523_n-300x225.jpg)
![](https://adpuquba.edu.az/wp-content/uploads/2022/12/319316312_604144311519826_3705174498441942686_n-300x225.jpg)