ADPU-nun Quba filialında “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilmişdir.

ADPU-nun Quba filialında “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilmişdir.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Filialın direktoru fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev açıq elan edib, universitetdə YAP Quba rayon təşkilatı ilə birlikdə keçirilən tədbirlərin böyük əhəmiyyətindən bəhs edib. Direktor bildirib ki, xalqını sonsuz məhəbbətlə sevən ümummilli lider Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Heydər Əliyev siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən Y.Alıyev əminliklə vurğulayıb ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth edəcək.

Sonra çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb etdi. Xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi.

Daha sonra çıxış edən Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva çıxışında vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.

Tədbirin sonunda bir qrup fəal gənclərə Fəxri fərman və partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?