ADPU – nun Quba filialında Azərbaycan xalqının igid övladı, qəhrəman oğlu Aprel qazisi Üzeyir Nəcəfov ilə görüş keçirilib

ADPU – nun Quba filialında Azərbaycan xalqının igid övladı, qəhrəman oğlu Aprel qazisi Üzeyir Nəcəfov  ilə görüş keçirilib

3 aprel 2021- ci il tarixində ADPU – nun Quba filialında Tələbə Gənclər Təşkilatının ( TGT) təşəbbüsü və filialın Kitabxana müdiri Samirə Hacıyevanın, filialın TGT sədri Səyyad Nəcəfovun  təşkilatçılığı ilə Böyük Qələbənin, Zəfərin başlanğıcı olan 2016- cı il Aprel döyüşlərinin iştirakçısı, snayper ixtisaslı kəşfiyyatçımız , qazi Üzeyir Nəcəfov ilə görüş keçirilib. Üzeyir Nəcəfov 1985- ci il oktyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətində aparan Üzeyir Nəcəfov qüsursuz xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən mükafata layiq görülüb. 2016-cı ilin aprel döyüşlərində Lələ Təpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı bədəninin müxtəlif nahiyələrindən və ayağından ağır güllə yaraları alıb, hazırda ikinci qrup müharibə əlilidir.
Görüş “ZOOM” platforması üzərindən baş tutub. Görüşdə  filialın direktor müavini Aysel Şeydayeva, filialın Kitabxana müdiri Samirə Hacıyeva , Pedaqoji və İctimai fənlər kafedrasının tarix müəllimi, HİK sədri, baş müəllim Mürvət Əliyev, həmin kafedranın baş müəllimi Pərvanə Rzayeva, Bəyim Həsənova,  Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Günəş Xudayarova, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimləri Əmirağa Şıxəmmədov, Ayaz Məmmədov, Günay Qədirova, kafedranın laborantı Vəfa xanım Bayramova və tələbə gənclər iştirak ediblər. Görüş zamanı Kitabxana müdiri Samirə Hacıyeva, HİK sədri Mürvət Əliyev və TGT sədri Səyyad Nəcəfov çıxış edərək görüşlə bağlı fikirlərini bölüşüb və qazimizə onları maraqlandıran suallarla müraciət ediblər. Bundan başqa TGT sədr müavinləri Əhməd Əliyev, Nicat Piriyev və  tələbələrimiz Şəbnəm  Abdullayeva, Hicran Seyidova, Nərmin Orucova öz suallarını səsləndiriblər. Qazimiz sualları həvəslə və ətraflı cavablandıraraq görüşün gedişinə rəng qatıb.Ümumilikdə qazi ilə görüşdən qürurlanan gənclər ona öz etimadlarını çıxışlarında hiss etdirib, belə görüşlərin vətənpərvərlik tərbiyəsi üçün əhəmiyyətini vurğulayıblar.
Daha sonra filialın Kitabxana müdiri Samirə Hacıyeva çıxış edərək pandemiya ərəfəsində belə bir şəraiti yaratdığı üçün dos. Yusif Alıyevə, dəvəti qəbul etdiyinə və bu qısa müddətdə çıxışı ilə gənclərə qəhrəmanlıq dərsi keçdiyinə görə qazimiz Üzeyir Nəcəfova və görüşün təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Bu tarixi görüşdən hər birimiz qürur duyuruq, çünki bu qəhrəmanlar bizim tarixi qələbəmizin memarlarıdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?