ADPU-nun Quba Filialında “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilib

26.10.2019
ADPU-nun Quba Filialında “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilib

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında təlim keçirib.

Oktyabrın 26-da Azərbaycan Gənclər Fondunun 2019-cu ildə elan etdiyi 12-ci qrant müsabiqəsinin “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” adlı layihə ilə qalibi olmuş “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında təlim keçirib. Təlimdə filialın Gənc Tədqiqatçılar Şurasının sədri, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Elbrus Əmədov, sədr müavini Pərvanə Rzayeva, filialın gənc doktorant, magistr və tələbələri iştirak edib. Keçirilən təlimdə GEAD İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri dosent Ruslan Abdullayev layihə haqqında geniş məlumat verib, çıxışında bildirib ki: “Layihənin əsas məqsədi regionlarda yerləşən ali təhsil ocaqlarında gənclər arasında müvafiq mövzuda təlimlər təşkil etməklə onları elmi araşdırma aparmağa və elmlə məşğul olmağa sövq etmək, bununla da Azərbaycanın iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində region gənclərinin fəal iştirakına nail olmaqdır.”

      Daha sonra layihənin təlimçisi dosent Rəşad Səlimov gənclərə tədqiqatçı üçün zəruri xüsusiyyətlər, tədqiqatçı olmaq üçün görülməsi vacib işlər, tədqiqatçı olmaq istəyən gənclərə tövsiyələr, elmi tədqiqat zamanı İKT vasitələrindən səmərəli istifadə, akademik karyeraya ilk addım, akademik karyeranın üstünlükləri və bunun üçün etməli olduqlarımız, doktorantura oxumağın faydaları, xaricdə magistratura təqaüdləri və s. kimi mövzuları əhatə edən mövzularda məlumat verib.Yekunda layihə rəhbəri, təlimçi və ekspertlər iştirakçılara fəal iştiraka görə təşəkkür edib, birlikdə xatirə şəkli çəkdirilib.

  • Mənbə: ADPU Quba filialın İctimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?