Yanvarın 18-də ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev, filialın professor-müəllim və tələbə kollektivi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.
ADPU-nun Quba filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb. Yanvarın 16-da keçirilən anım tədbirində filialın direktoru dosent Yusif Alıyev və professor, müəllim, tələbə kollektivi iştirak edib. Tədbirdən əvvəl 1 dəqiqəlik sükutla Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu yad edilib.Daha sonra çıxış edən filialın direktoru dosent Yusif Alıyev 1990-cı ilin 20 Yanvar faciəsindən 30 il keçdiyini, 20 Yanvar faciəsinin Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb.Bildirib ki, bu tarix Azərbaycan xalqının yaddaşında əbədi olaraq ümumxalq hüzn günü kimi qalsa da, əslində qəhrəmanlıq və mübarizlik tariximizin ən şanlı səhifələrindən biridir.Daha sonra qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında da silsilə tədbirlərlə 20 Yanvar şəhidlərinin xatirəsi hörmətlə yad edilir.Sonra tədbirdə filialın Pedaqoji və ictimai fənlər kafedrasınln baş müəllimi Zəminə Qayıbxanovanın hazırladığı “Qanlı 20 Yanvar”adlı videoçarx da nümayiş olunub. Tədbirdə həmçinin filialın Pedaqoji və ictimai fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov, kafedranın baş müəllimləri Mürvət Əliyev, Zəminə Qayıbxanova, Novruz Kərimov da mövzu ətrafında slaydlarla çıxış ediblər.Tədbirdən sonra filialın kitabxanası tərəfindən hazırlanan sərgiyə baxış keçirilib. Sərgidə 20 Yanvar faciəsinin tarixini əks etdirən müxtəlif materiallar nümayiş etdirilib.
Yanvarın 18-də ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev, filialın professor-müəllim və tələbə kollektivi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.
Əvvəlcə Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlq göstərərək həlak olmuş ölməz şəhidlərimizn məzarları üzərinə qərənfillər düzülüb, daha sonra Şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə sayğı duruşu olmuşdur. Sonra Filialının əməkdaşları Şəhidlər Xiyabanındakı Şəhidlər Muzeyini ziyarət ediblər. Muzeyin bələdçiləri muzeydə olan əşyaları, şəhid məktubları, şəkillər, kitablar, Quba şəhidləri haqqında ətraflı məlumat veriblər. Ziyarətdə iştirak edən bütün əməkdaşlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımıza Allahdan rəhmət diləyiblər.
Sonda filialın direktoru dosent Yusif Alıyev xatirə kitabına Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımız haqqında kollektiv adından fikirlərini yazıb. Həmçinin KİV nümayəndələrinə 20 Yanvar faciəsi ilə əlaqədar müsahibə verən dosent Yusif Alıyev həm də vurğulayıb ki, şəhidlik elə bir zirvədir ki, vətənini sevən hər bir kəs bu zirvəyə yüksələrək əbədiyyata qovuşur. Vətən bizim canımızdan daha dəyərlidir. Azərbaycan isə tarixin dərin qatlarından öz qəhrəman övladları ilə tanınıb. Bu gün də bütün xalqın yalnız bir istəyi var: Müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması, ölkəmizin sürətli inkişafı.
Yanvarın 20-də isə ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev və filialın professor-müəllim, tələbə kollektivi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən ümumrayon anım tədbirində iştirak edib.
- Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev