Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 26 may 2023-cü il tarixində ADPU-nun Quba filialının bir qrup tələbə və əməkdaşları Quba rayon Məhkəməsinə ekskursiya etmişlər. Quba rayon Məhkəməsinin sədri Samir Məmmədov Azərbaycanda məhkəmə sisteminin tarixindən, Ulu öndər Heydər Əliyev tərəfindən məhkəmə sistemində həyata keçirilmiş yeniliklərdən və islahatlardan bəhs edərək, Ulu öndərin Azərbaycanda məhkəmə hakimiyyətinin formalaşdırılmasındakı müstəsna xidmətlərindən məlumat vermişdir. Daha sonra Quba rayon Məhkəməsinin inzibati binası ilə tanışlıq olmuş, burada yaradılmış yüksək texniki şərait haqqında məlumat verilmişdir.
Məhkəmənin inzibati binasının Konfrans zalında tələbə və müəllimlərlə hakimlərin görüşü təşkil edilmişdir.
Sonra Quba rayon Məhkəməsinin inzibati binasının Konfrans zalında tələbə və müəllimlərlə məhkəmə əməkdaşlarının görüşü təşkil edilmişdir.
Tədbirdə hakimlər tərəfindən tələbə və müəllimləri maraqlandıran suallara cavab verilmişdir.
Görüşdə həmçinin iştirak edən Quba rayon prokuroru Namiq Muradov da tələbələrlə söhbətdə öz töhfələrini vermişdir.
P.S. Qeyd edək ki, görüşdə ADPU-nun Quba filialının dekan müavini Nübar Bayramova, İKT şöbəsinin müdir müavini Hikmət Musayev, dekanlığın əməkdaşı Nəhayət Şirinova, tyutorlar Türkan İskəndərova, Nigar Mikayılova və tələbələr iştirak etmişdir.