ADPU-nun Quba filialın əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

12 dekabr 2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin vəfatının on doqquzuncu ildönümü ilə əlaqədar Ümummilli Liderimizin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi səhər saatlarında ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, filialın struktur rəhbərləri və müəllimləri tərəfindən ziyarət edilmişdir. Ulu Öndərin abidəsinin ziyarəti zamanı abidənin önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.