2023-cü il 18-20 sentyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının İnzibati və təsərrüfat şöbəsinin müdiri Məmmədov İmamverdi Cəfər oğlu Fövqəladə Hallar Nazirliyi Şimal Mərkəzinin regional mülki – müdafiə kurslarının 2023-cü il komplektləşdirmə planına əsasən “Sanitar manqa komandiri” kateqoriyası üzrə keçirilən 3 günlük təlimdə iştirak etmişdir.
Bu təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sebtyabr 193 saylı qərarının tələblərinin icrası məqsədilə keçirilib.
3 gün ərzində davam edən təlimlər hərgün saat 09:30 da başlanılmaqla keçirilmişdir. Təlimdə sanitar manqa komandirlərinin sülh və müharibə dövründə davranış qaydaları, xilasetmə tədbirlərinin həyata keçirilməsi haqqında danışılıb. İlk gündən başlayaraq, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, xilasetmə avadanlıqlarından istifadə qaydaları və mülki – müdafiə sanitar manqa komandirlərinin fövqəladə vəziyyətlərdə davranış qaydalarından bəhs edilib və öyrədilib.