ADPU-nun Quba filialı yeni mərhələdə

ADPU-nun Quba filialı yeni mərhələdə

“Hazırda dünyada bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yeni era yaşanmaqdadır. Bu yeniliklərin tətbiqi, sürətli internet imkanlarının həyatımızın hər sahəsi olduğu kimi, təhsil sahəsinə də vacib mövqe tutması bizlərin, yəni təhsil sahəsində çalışan  kadrların qarşısına yeni məqsədlər qoydu, belə ki, təhsil və elm sahəsində  mükəmməl uğurların əldə edilməsi üçün rəqabətədavamlı, tədqiqat meylli,  mobil  təhsil mühiti formalaşdırılmalı, bu mühitdə yeni ideyalar ətrafında birləşməliyik.
Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində  Azərbaycanda insan kapitalının formalaşmasında keyfiyyətli təhsil və təlim sistemi ön sırada dayanmağı bacarır.
Yeni mərhələnin başlanğıcında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı fəaliyyətini elə tələblər əsasında qurur ki, hazırladığı kadrlar dövlətə, dövlətçiliyə bağlı, tədqiqatçılıq qabiliyyətli, yaradıcı və innovativ şəxsiyyətlər olmaqla cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsində müəyyən rola sahib olsunlar. Filialda  tədris və təlim fəaliyyəti ilə yanaşı tərbiyə işinin düzgün qurulması, həmçinin  gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda dövlətə sədaqət, vətənə məhəbbət hisslərinin gücləndirilməsi yönündə tədbirlərin də keçirilməsi, kadr islahatlarının həyata keçirilməsi, rəhbərlik tərəfindən təkmilləşdirilmiş, idarəetmənin tətbiq edilməsi hazırda onu əminliklə deməyə əsas verir ki, tutduğumuz yol doğru yoldur, bu yolda əlldə edəcəklərimiz tələbələrin tədris göstəricilərində və şəxsi keyfiyyətlərində inkişafın dinamikası ilə nəticələnəcəkdir.
Tərbiyə  prosesinin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə  filialda  bir sıra mühüm işlər görülür. Hər təqvim ilinin əvvəlində filialın  illik  tərbiyəvi iş planı hazırlanır.Tərbiyə işləri üzrə direktor müavini tərəfindən rəhbərliklə razılaşdırılmış şəkildə tərtib olunur. İllik tədbirlər planında təqvim ili ərzində filialda keçiriləcək tədbirlər, dəyirmi masalar, seminarlar, elmi-praktik konfranslar, maarifləndirici tədbirlər, müsabiqələr, yarışlar  və cari məsələlər öz əksini tapır. İş planında cari məsələlərdə əksini tapan tədbirlərə həm də qadınların, gənclərin  əsasən ümumrayon və respublika  səviyyəli tədbirlərdə, yarışlarda, müsabiqələrdə, layihələrdə fəal iştiraklarının təmin edilməsi, Dövlət Gənclər Siyasətindən irəli gələn məsələlərin həlli də yer alır. İş planında öz əksini tapan məsələlər  əsasən müəyyən ardıcıllıqla həyata keçirilir və planda müvafiq ilin tədbirləri, əlamətdar hadisələri, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından, Təhsil Nazirliyinin, rəhbərliyin müvafiq qərarlarından irəli gələn bəndlər də əlavə edilir və həmin iş planına əsasən filialdada təqvim ili ərzində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, filialın direktoru dosent Yusif Alıyevin rəhbərliyi, təşəbbüs və tapşırıqları ilə həyata keçirilən layihələr tələbə gəncləri özünüinkişafa maraqlı olmağa sövq edib. Filialda tələbə gənclərin fəallığının təmin edilməsi məqsədi ilə yaradılan klubların fəaliyyəti də gündən-günə artmaqdadır.
➡️ 1 “Conversation Club” “XƏMSƏ” “Kitab klub”,
➡️ 2 “Face to Face” Psixologiya klubu,
➡️ 3 “Talant” İncəsənət (ART) klubu
➡️ 4. “Dil öyrənmə” Klubu
➡️ 5. Nadir İbrahimov adına Layihələr və “Start up” klubu
➡️ 6. Kübrə Fərəcova adına “İdman və sağlamlıq” Klubu
➡️ 7. Fətəli xan adına “Disput və debat” Klubu
➡️ 8. Universitetlərarası tələbə əməkdaşlığı Birliyi
➡️ 9. “Tolerantlıq və multikulturlaizm” Klubu
➡️ 10. İntellektual Oyunlar Klubu “İOK”
➡️ 11.Vətənpərvərlik klubu
Bundan əlavə filialda fəaliyyət göstərən  fəal tələbə təşkilatlarının TGT, TKT, YAP GB,  THİK və TEC-nin arasında əməkdaşlığın nizama salınması məqsədi ilə yaradılan Tələbə Koordinasiya Şurasının, akademik Azad Nəbiyev adına” Bilgə ocağı”nın yaradılması, tələbələrin yaşadıqları evlərdə və yataqxanada onlarla ziyarətlərin təşkili, tələbələrin, digər sosial tipli layihələrin icrasına başlanılması, Tələbə Gənclər Təşkilatının sədr və sədr müavinlərinə maaşın təsis edilməsi və sair bir daha onu deməyə əsas verir ki, filial rəhbərliyin səyi və kollektivin birliyi ilə yeni mərhələyə artıq ilk və uğurlu addımlarını atmışdır.
Pandemiya dövründə fəaliyyət- “Covid-19”-Koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün ali təhsil ocaqlarında tibbi-profilaktiki və dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədi ilə ADPU-nun Quba filialında da 3 mart 2020-ci il tarixdən tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırılmışdır. Bu səbəbdən filialda keçirilməli olan, təxirə salınmış tədbirlər, filial tarixində ilk dəfə olaraq “online” formada keçirilməyə başlanılmış,  bir sıra yeni layihələr icra edilmişdir ki, tələbə və əməkdaşların asudə vaxtı,  evdə qaldıqları müddət  təhsildən, özünüinkişafdan uzaqlaşdırmasın, əksinə daha fərqli uğurlara imza  atılsın. Tələbələrin tədris təlim fəaliyyətindən geri qalmamaları üçün dərslər internet üzərindən müxtəlif proqramlarla tədris edildi, bununla yanaşı isə həm də ADPU-nun Quba filialı və “Qafqaz” TV-nin birgə əməkdaşlığında “TELEMÜHAZİRƏ” adlı dərs-verilişlə daha bir ilkə imza atıldı, filialın müəllimləri (Yusif Abayev, Aysel Şeydayeva, Nübar Bayramova, Eyvaz Şeydayev, Aygün Şıxbabayeva, Elnarə Axundova, Mürvət Əliyev, Pərvanə Rzayeva, Kəmalə Bayramova, Təhminə Əliyeva, ) rəhbərliyin dəstəyi ilə uğurla bu layihəni həyata keçirməyi bacardılar.
Filialın  rəsmi saytı, həmçinin rəsmi “Facebook”, “İnstagram”səhifələri fəaliyyətini gücləndirdi.
Filialda ilk dəfə olaraq həyata keçirilən “İstedadlarımızı tanıyaq”, “Onlayn tədbirlər” , “Onlayn qonaq”, “Ustad dərsləri” , “Gələcəyimiz öz əlimizdədir” layihəsi çərçivəsində tələbə-gənclərə pandemiya dövründə belə məsafədən də olsa bir olmağın, komanda olmağın sirləri göstərildi.”QARA və AĞ” adlı istedadlı tələbələrin əl işlərindən, yazdıqları şeir və hekayələrdən ibarət dərginin toplanması, “Düşün, fərqlən, tanın” adlı ideya müsabiqəsinin keçirilməsi üçün ideyaların toplanması,  filialın tələbə təşkilatlarına fəal tələbələrin cəlb edilməsi və bu kimi digər bütün layihələr tələbələrin pandemiya vəziyyətində komanda ruhunda birləşməsinə şərait yaratdı. Dosent Yusif Alıyev tərəfindən tədris göstəricilərinə və ictimai fəallığına görə fərqlənən tələbələr Diploma layiq görüldü.
Quba şəhərində yerləşən Tarix və Diyarşünaslıq Muzeyinə, Quba Xalça Muzeyinə virtual ziyarətlərin təşkili-(onlayn formada “ZOOM” proqramı platforması üzərindən), Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın həyatı ilə yaxından tanış olmaq, məlumat toplamaq və mediada paylaşımlar etmək, qəhrəmanlarımızı tanıtdırmaq məqsədi ilə görüşlər təşkil keçirildi.
Filialın direktoru dosent Yusif Alıyev də ilk olaraq onlayn şəkildə  bir neçə tələbə qruplarının qonağı oldu, daha sonra Orxan Şahbaz məşhur təlimçi  “Zoom” proqramı üzərindən görüş keçirdi, Elvin Dadaşsoyla birlikdə 1 saatlıq “Zoom” proqramı vasitəsilə möhtəşəm təlim saatı baş tutdu, 100-dən artıq tələbə- və əməkdaşımız iştirak etdi. Daha sonra bu layihələrdə “Çapar”jurnalının baş redaktoru Dilqəm Əhməd, Mehman İsmayılov  qonaq qismində iştirak etdi, Qarabağ qazisi Natiq Mehdiyevlə onlayn  görüş keçirildi.
Pandemiya dövründə tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, elmi inkişafı da xüsusi diqqətdə saxlanılmış, yeni ideyalar icra edilmişdir.Hamısını sadalamaq imkanımız olmasa da “Virusla döyüşən həyatımız!” adlı filial rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihədə iştirak bizləri bir daha doğru seçim etdiyimizə əmin qıldı.
Layihə çərçivəsində aşağıdakı tərkibdə münsiflər heyəti yaradılmış və seçilən qalib esselər “Azərbaycan müəllimi” qəzetində işıq üzü görmüşdür.
1. Yusif Alıyev – fizika üzrə fəlsəfə doktoru, dosent
2. Mahirə Nağıqızı- filologiya üzrə elmlər doktoru, professor
3. Ramazan Qafarlı – filologiya üzrə elmlər doktoru, professor.
4. Məti Osmanoğlu – filologiya üzrə fəlsəfə doktoru, dosent.
5. Vüqar Zifəroğlu – filologiya üzrə elmlər doktoru, dosent.
6. Səfər Alışarlı – Naşir, publisist, “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru
7. Sarvan Bəhluloğlu – “Azərbaycan müəllimi” qəzetinin redaktor müavininin münsif olduğu müsabiqə bir sıra məqamlarda , əsasən də tələbələrin yaradıcı işlərinin belə dəyərli ziyalılar tərəfindən qiymətləndirilməsi çox əhəmiyyətli idi.
Filialda pandemiya dövründə həyata keçirilən yeniliklər bununla yekunlaşmadı, dəyərli millət vəkillərimiz (Qənirə xanım Paşayeva, Sadiq Qurbanov,Vahid Əhmədov, Fəzail Ağamalı, Aydın Mirzəzadə ), respublikanın müxtəlif rayonlarının hörmətli YAP təşkilat sədrləri (Ramiz Göyüşov, Yusif Abidov) tanınmış struktur rəhbərləri ilə (Bahar Muradova, Rafael Gülməmmədov və s.) dünyanın və respublikamızın bir neçə reytinqli universitetlərinin professor və müəllimləri ilə rəhbərliyin səyi ilə onlayn görüşlər, təlim və beynəlxalq seminarlar təşkil edildi, tələbə-gəncləri maraqlandıran suallara cavab tapıldı.
Bundan əlavə tanınmış jurnalist, “REAL” TV  qurucusu və direktoru, “Əməkdar jurnalist” Mirşahin Ağayevlə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Kəlmə” mükafatı laureatı, tanınmış şair İbrahim İlyaslı ilə görüş, Azərbaycanın multikultural dəyərlərindən, Azərbaycan yəhudi xalqlarının tarixi dostluq əlaqələrindən bəhs edən Quba şəhər Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbinin direktoru Yavuşva Semanduyevlə işgüzar söhbət aparıldı.
ADPU-nun Quba filialında 15 Sentyabr – “Bilik Günü” münasibətilə növbəti maraqlı bir layihə – “Tələbə – rektor” layihəsi həyata keçirildi.
Belə ki, filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə filialın bir günlük idarəetməsi tələbələrə həvalə edilib. Ötən tədris ili ərzində fəallıqları ilə seçilən əlaçı tələbələr həmin gün sərbəst şəkildə filialın idarəetməsini həyata keçirdilər. Filialın “Tarix-coğrafiya müəllimliyi” ixtisasının 4-cü tədris ili tələbəsi Azər Zahirov rektor, “Təhsildə sosial psixoloji xidmət” ixtisasının 3-cü tədris ili tələbəsi Səyyad Nəcəfli Tədris və elmi işlər üzrə direktor müavini, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının 4-cü tədris ili tələbəsi Həcər Seyidəhmədova Tərbiyə işləri üzrə direktor müavini vəzifələrini həyata keçiriblər.
Dekabr ayında filialın tələbə və müəllim kollektivinin iştirak etdiyi “ZƏFƏR Həmrəyliyi” tədbirinin keçirildi, tədbirdə ADPU-nun Humanitar və sosial məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, 44 günlük haqlı Vətən müharibəsində könüllü iştirak edən tələbələrimiz – Mərdanov Səfa Hafiz oğlu(TCM ixtisası, 1902-ci qrup tələbəsi, Tahirov Ayaz Nizaməddin oğlu, AƏM ixtisası, 1802-ci qrup tələbəsi də iştirak edirdi.Tədbirdə il ərzində filialın ictimai həyatında fərqlənən, onlayn tədbirlərdə yaxından iştirak edən tələbə və əməkdaşlara “İlin tələbəsi” adlı nominasiyaların təqdim edilməsi həyata keçirildi. Həmçinin filialın təşkilatçılığı ilə İOK tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Keçmişdən gələcəyə böyük İlhamla” adlı intellektual yarış keçirildi . Bundan əlavə 2020-ci ilin dekabrın 23-də ADPU-nun Quba filialında tələbələrin istək və arzusuna uyğun olaraq “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda “MAARİFLƏNDİRMƏ SAATI” adlı onlayn seminar təşkil edilib. Seminar “Zoom” platforması üzərindən həyata keçirilib.Seminarın məruzəçisi  “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı Milli İnformasiya sektorunun müdiri  Raqif Allahverdiyev olmuşdur.
1. Böyük qürur hissi ilə deyirik ki, ADPU-nun Quba filialının Təhsildə sosial psixoloji xidmət ixtisasının 3-cü tədris ili tələbəsi Arzu Mirzəyevanın beynəlxalq reytinqli jurnalda məqaləsi çap edilib. http://www.turkata.com/2020/09/fobi.html?m=1
2. Filialın TEC sədr müavini Azər Zahirov və TGT sədr müavini Səyyad Nəcəfovun “ADPU-nun Quba filialı texnologiya ilə məsafələrə “yox” deyir” adlı məqaləsini yayımladığı üçün Məktəbguşəsi.az saytının rəhbərliyinə təşəkkür edirik. https://mektebgushesi.az/…/adpu-nun-quba-filiali…/
Bundan əlavə filialın direktor müavini, YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədri olaraq 2020-ci il ərzində pandemiya dövründə ölkə rəhbərinin sərəncamları, Vətən müharibəsi dövründə Ali Baş Komandanın yorulmaz fəaliyyəti,  Azərbaycan Ordusunun şücaəti haqqında mətbuatda çıxışlarım  yer aldı:
– http://yeniazerbaycan.com/YAPxeber_e53842_az.html?fbclid=IwAR3fCHvTShzoSFAdWHlrsFpPD5JNBxTkJ9UsZVDyV7r0Edm4ivlyuWa1z-4
– http://yeniazerbaycan.com/SonXeber_e64722_az.html?fbclid=IwAR085hcpB_L5S6LhwHzcAUm7s_RE9_Kx-yOoDIk1tBSyQOmQQcv3A6GazrI
– https://news.milli.az/society/839579.html?fbclid=IwAR2SVa-F5Fs9j7U2G2O8B1WEk7KJfjEWbaPF2VgAsX0UQBdarkXfErvuB8g
– http://mct.gov.az/az/umumi-xeberler/12245?fbclid=IwAR0640E9A4-E0vzmWiAbjKOyu2_hIEd8mBbMqZdretqNKLtGCRzh-XbghWI
– http://yeniazerbaycan.com/YAPxeber_e53842_az.html?fbclid=IwAR3fCHvTShzoSFAdWHlrsFpPD5JNBxTkJ9UsZVDyV7r0Edm4ivlyuWa1z-4
– https://www.facebook.com/photo?fbid=1440719506132857&set=pcb.1440719972799477
– http://yeniazerbaycan.com/SonXeber_e71359_az.html?fbclid=IwAR0640E9A4-E0vzmWiAbjKOyu2_hIEd8mBbMqZdretqNKLtGCRzh-XbghWI
– https://diasporpress.az/bizim-qehremanlarimiz?fbclid=IwAR01LnIXl1iCZaLT4cM_KcwGw_LtUiZHI29lRYxafrqrK6ZycE64THOKT1Y
– https://ikisahil.az/post/azerbaycan-yumrugunun-gucu?fbclid=IwAR2e2c4eBeiDyjk4dSi7D9dbO5WjBSNnOzlZNkx3TsIxuwc3u4ZQ7-E0V1M
– https://www.youtube.com/watch?v=CAFZV1a1fBU&feature=youtu.be&fbclid=IwAR1YO0BakRQElB0diLg5Zeacx6ZF-tdidiVGYeI1I0Bl2gCf6t6ob1X2gjU
– https://www.facebook.com/photo?fbid=1502394896631984&set=pcb.1502394956631978
– https://www.facebook.com/Az%C9%99rbaycan-D%C3%B6vl%C9%99t-Pedaqoji-Universitetinin-Quba-filial%C4%B1-1528791400468034/photos/pcb.5311578872189249/5311575808856222
Həmçinin 2020-2021-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının bakalavriaturasının müvafiq ixtisasların qəbul olunan tələbələrin qeydiyyatı qaydalara uyğun təşkil edilmiş və onlayn qeydiyyat üçün hər bir şərait yaradılmışdır. 2020-2021-ci tədris ili üçün filiala qəbul olunanların qeydiyyatının aparılması ilə bağlı filialın direktoru dos. Yusif Alıyevin 09 sentyabr 2020–ci il, 123 saylı əmrinə əsasən, Sənəd Qəbulu Komissiyası yaradılmış, filialın direktor müavini Aysel Şeydayeva komissiyanın Məsul katibi təyin edilmişdir. Əsas tədris binasının birinci mərtəbəsində yerləşdirilərək otaq və müvafiq avadanlıqlarla təchiz edilən komissiya şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün səhər saat 09:00-dan 17:00-dək onlayn fəaliyyət göstərmiş, tələbələrin onlayn təqdim etdikləri sənədlərin düzgünlüyünə nəzarət edərək, müvafiq prosedur işləri həyata keçirmişdir. Yeni qəbul olunan tələbələrə kömək məqsədilə qeydiyyat zamanı təqdim edilməli sənədlər, eləcə də güzəştli təhsil alacaq tələbələr barədə məlumat filialın saytında (www.adpuquba.edu.az) yerləşdirilmiş, eyni zamanda, təqdim ediləcək sənədlərin siyahısı filialın elanlar lövhəsindən asılmışdır. Sənədlərin qəbulunun gedişi haqqında məlumat müntəzəm şəkildə filialın və ADPU-nun Quba filialının internet səhifəsində, eləcə də sosial şəbəkə ünvanlarında yerləşdirilmişdir. Filialda bakalavriatura səviyyəsinə qəbul olunanların əsas qəbulunun qeydiyyatı 25 sentyabr – 14 oktyabr 2020-ci il tarixlərində aparılmışdır.
2020-2021-ci tədris ilində Filialın bakalavriatura səviyyəsinə 6 ixtisas üzrə 240 plan yeri ayrılmışdır. Bu isə keçən tədris ilinin qəbul planından 30 yer çoxdur. Qəbul zamanı Filiala 211 nəfər tələbə qəbul olunmuşdur. Bu da qəbul planının 87,92%-ni təşkil edir.
Qəbul olunaraq qeydiyyatdan keçən tələbələrin 58 nəfəri dövlət sifarişli, 10 nəfər məcburi köçkün, 6 nəfər Qarabağ əlili olan şəxslərin övladları, 1 nəfər qrup əlili, 1 nəfər valideyn himayəsindən məhrum, 135 nəfəri ödənişli əsaslarla təhsil alacaq. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müvafiq göstərişlərinə uyğun olaraq, Filialın müvafiq ixtisasına ödənişli əsaslarla qəbul olan və maddi cəhətdən çətinliyi olan tələbələrə təhsil haqqını yarımilliklər üzrə ödəməyə imkan yaradılmışdır. Filial üzrə qeydiyyatdan keçən 135 nəfər ödənişli əsaslı tələbədən 52 nəfər təhsil haqqını tam ödəmiş, 83 nəfərə isə müvafiq qaydada güzəşt edilmişdir. 11 nəfəri isə 500-dən yüksək bal toplamşdır. Həmçinin oktyabr ayında izolyasiya qaydaları gözlənilməklə filiala yeni qəbul edilmiş bir qrup tələbə və onların valideynləri ilə görüş təşkil edilmiş, tələbələr üçün filialın orentasiyası keçirilmişdir. 2020-ci il ərzində 500-dən artıq bal toplayaraq filialımızı seçən gənclərin təhsil aldıqları orta məktəblərin rəhbərlərinə filialın direktoru dosent Yusif Alıyev tərəfindən Təşəkkür məktubu da ünvanlandı, cavab olaraq məktəb rəhbərləri də filialın bu günki inkişafını yüksək qiymətləndirdiklərini və şagirdləri filiala yönləndirdiklərini vurğuladılar.
Təbii ki, bütün bu qeyd etdiklərimiz filialda görülən işlərin bir qismidir.
Əziz və dəyərli gənclər, bizlər-istər rəhbərlik, istərsə də bütün kollektiv əslində sizlərə bütün bu etdiyimiz işlərlə aşağıdakıları təqdim etməyə çalışırıq:
– Tədris, təlim və tərbiyə prosesinin müasir tələblərə uyğun qurulması
– Keyfiyyətli təhsil
– Yüksək tədris göstəricilərinə sahib gənclərə yaradılan güzəştlər
– Gənclərin asudə vaxtının səmərəli təşkili üçün klub və dərnəklərin fəaliyyəti
– Gənclərin elmi və şəxsi inkişafına dəstək layihələri
– Tələbə nailiyyətlərinin obyektiv  qiymətləndirilməsi
– Müəllim –tələbə əməkdaşlığı
– Təhsil-tərbiyə prosesinin təşkilində peşəkarlıq
– Müəllim və tələbələrə humanist münasibət

ADPU-nun Quba filialının təlim-tərbiyə üzrə direktor müavini.Aysel Şeydayeva

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?