25.04.2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı tərəfindən təşkil olunan Filialın “DEBAT KLUB” tərəfindən icra olunan ilk oyun keçirildi. Oyunda Quba Dövlət Sosial İqtisad Kolleci ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı komandaları qarşılaşdı. Oyunun mövzusu ”Azərbaycanda təhsil müəssisələrinin regionlara köçürülməsi müsbət nəticə verir” idi . Hər iki komandanın oyuna böyük həvəsi Debatı daha maraqlı etdi .
Oyuna filialın direktoru fizika üzrə fəlsəfə doktoru dosent Yusif Alıyev, filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, direktor müavini Aysel Şeydayeva, kitabxana müdiri Samirə Hacıyeva, kollecin psixoloqu Bilqeyis Xəlilova, həmçinin TGT-nin (Tələbə Gənclər Təşkilatı) sədri Səyyad Nəcəfov, kollecin TGT sədri Fatimə Səfərova da qoşulmuşdur .
Oyun əvvəlcə onların çıxışı ilə başlamışdır. Oyunun sonunda komanda Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının təşkil etdiyi komanda qalib gəldi (inkar tərəf). Oyun izləyicilərin geniş marağına səbəb oldu.
Oyun ümumilikdə “DEBAT KLUB” sədri Elvin Şükürov tərəfindən təşkil olunmuşdur.
Maraqlı Debat oyununun təşkilində fəallıqlarına görə tələbələr Elva Ağamirzəyeva, Hicran Seyidova, Qızılgül Tağıyeva, Nihad Ələkbərov, Səma Mürsəliyeva, Nərminə xanıma təşəkkür edirik.