ADPU-nun Quba filialı 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilən yarış keçirilib

ADPU-nun Quba filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin birgə təşəbbüsü  ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilən yarış keçirilib

Yalnız xanımlardan ibarət komandalar arasında keçirilən,   “8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş intellektual yarış filialın Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib.

ADPU-nun Quba filialında “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənc xanımlar arasında keçirilən turnirdə I yeri 5200 xalla “Miracle”, II yeri 1200 xalla “Qadın gücü” komandası, III yeri isə 900 xalla “Zəka” komandası tutub.

Yekunda ilk 3 yeri tutmuş komandalar diplom və kubokla təltif edilib.

Komandaları təbrik edir, onlara gələcək yarışlarda və fəaliyyətlərində uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.