Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev “ADA” Universitetinin rektoru Hafiz Paşayevi yubileyi, anadan olmasının 80 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrik məktubunda deyilir:
Tanınmış ictimai-siyasi xadim, həyatını və fəaliyyətini təsilin inkişafına, elmin stimullaşmasına həsr etmiş nüfuzlu alim, dövlətə, dövlətçiliyə sadiq vətənpərvər şəxsiyyət, “ADA” Universitetinin rektoru cənab Hafiz Mir Cəlal oğlu Paşayev!
Mənsub olduğunuz soy-kökün nümayəndələri Azərbaycan ictimai-ədəbi fikir tarixində, təhsil, elm, mədəniyyət və siyasət səhnəsində böyük xidmətlər göstərmiş şəxsiyyətləri ilə tanınmışdır. Bu gün də böyük Mir Cəlal ocağının sönməz və parlaq ənənəsini sizlər şərəf, ləyaqət hissi ilə yaşatmaqdasız.
Sizin qloballaşan dünyanın tez-tes dəyişən dəyərləri fonunda milli dəyərlərimizin qorunması, təhsilimizin inkişafı sahəsində gördüyünüz böyük işlər danılmazdır. Sizin elm və təhsil sahəsindəki özünəməxsus fəaliyyətiniz istər elm-təhsil ictimaiyyətinin, istərsə də dövlətimizin diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, Siz Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinizə, elmi-pedaqoji xidmətlərinizə, təhsilin inkişafındakı böyük töhfələrinizə, elm-təhsil təşkilatçılığı yolunda yorulmaz fəaliyyətinizə görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni, “Şərəf” ordeni ilə, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və 80 illik yubileyiniz ərəfəsində isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmusunuz. Sizin kimi milli ruhlu, bəşəri düşüncəli elm fədaisinin həmmüasiri kimi doğma Azərbaycanımızın vətəndaşı olaraq yaşamaqdan və Böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyası yolunda Sizinlə birlikdə eyni amala xidmət etməkdən qürur duyuruq.
Sizi anadan olmanızın 80 illik yubileyi və dünyanın reytinqli universitetləri siyahısında yer alan doğma “ADA” Universitetinin yaranmasının 15 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, şərəfli həyatınızda, yorulmaz fəaliyyətinizdə uğurlar arzu edirik.
Dərin hörmətlə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi adından
filialının direktoru dosent Yusif Alıyev