Quba filialında “İxtisas Bələdçisi” adlı seminar keçirilib

25.07.2022
Quba filialında “İxtisas Bələdçisi” adlı seminar keçirilib
Dövlət Məşğulluq Agentliyi , Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən respublikamızın şəhər və rayonlarında 25-29 iyul tarixlərində “İxtisas Bələdçisi” adlı planlaşdırılan maarifləndirmə seminarları birincisi 25 iyul 2022-ci il tarixində ADPU-nun Quba filialında keçirilib.
Seminarda filialın direktoru dosent Yusif Alıyev, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialının direktoru Ramal Quluzadə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşı Günel Xalidova,
ROOF Academic Training şirkətinin xaricdə təhsil üzrə mütəxəssisi Həcər Adil, filialın Strateji məsələlər üzrə baş məsləhətçisi Şəhriyar Laçınov, FRİTL direktor müavini Lalə Məmmədova, AGMA-nın üzvü Ziya Rüstəmov, filialın əməkdaşları, abituriyentlər, valideynlər iştirak edib.
Qonaqları salamlayan filialın direktoru dos.Y.Alıyev mövcud cəmiyyətdə bu tip layihələrin əhəmiyyətindən, abituriyentlərin diqqət etməli olduqları məqamlardan, belə seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarlarının əhəmiyyətindən, həmçinin filialı seçəcək tələbələr üçün yaradılan hərtərəfli şəraitdən bəhs edib , filialın 3 il bundan öncəki şəraiti ilə indiki vəziyyəti arasında müqayisəli təhlil verib, filialda yeni yaradılan ixtisaslar, həmin ixtisasların günün tələbinə uyğunluğu haqqında bəhs edib.Daha sonra çıxış edən Ramal Quluzadə öz şəxsi təcrübəsindən çıxış edətək gənclərə özünüinkişafın əhəmiyyəti haqqında məlumat verib, onları cəmiyyət üçün yararlı şəxsiyyət olmağa səsləyib.
Daha sonra Bir “Universiteti nəyə əsasən seçməli?” mövzusunda çıxış edən Şəhriyar Laçınov da düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verib
Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək vermək olub. Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və iştirak edən müəllimlərə Günel Xalidova Özünütanıma & VİSA nədir? Özünütanıma prosesininin həyata keçirilməsinin ixtisas seçimində oynadığı rol, VİSA-nın nə olduğu, eləcə də dəyərlərin, maraqların, bacarıqlar və istedadların müəyyən olunması yollarını izah edib.Daha sonra
Gələcəyin peşələri haqqında məlumat verib.Gələcəyin peşələrindən danışarkən ilk öncə təlimçi tərəfindən abituriyentlərə “Gələcəkdə hansı sahələrin önəmli olacağını düşünürsünüz” sualı verilib onlarla interaktiv müzakirə aparılıb
Daha sonra gələcəyin aktual sahələri olan ixtisaslar barədə ümumi məlumat verilib, aktual sahələrin peşə seçimində önəmi vurğulanıb.Sonra Günel Xalidova ixtisas seçimi edərkən cavablandırmalı olan suallar haqqında məlumat verib. Hansı peşə sahələri mənə maraqlı gəlir?·Hansı işi görməkdən zövq alaram? Seçəcəyim ixtisas mənə karyera inkişafı vəd edirmi·Seçəcəyim ixtisas üzrə ölkədə və xaricdə təhsil və iş imkanları necədir?Seçdiyim ixtisas mənim üçün nə dərəcədə uyğundur? Bu sahə üzrə qəbul olan tələbələrin həm universitet, həm də seçdikləri ixtisas barədə rəyləri necədir?
Daha sonra bütün qruplar üzrə: Qrup seçimi necə edilməlidir? və s.kimi suallar cavablandırılıb.İxtisasları seçən zaman diqqət olunmalı məqamlar diqqətə çatdırılıb.Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?