Konfransa verilən çoxtərəfli dəstək və beynəlxalq səviyyəli iştirak

15.10.2024
Konfransa verilən çoxtərəfli dəstək və beynəlxalq səviyyəli iştirak

Dosent Yusif Alıyev: Bu konfransa verilən çoxtərəfli dəstək və beynəlxalq səviyyəli iştirak filialımızın səmərəli fəaliyyətinə verilən yüksək qiymətdir

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” IV Beynəlxalq elmi konfransının bütün iştirakçılarına, o cümlədən tədbiri dəstəkləyən bütün tərəflərə sonsuz minnətdarıq.

Təşkil edilmiş Beynəlxalq elmi konfransın əsas məqsədi təhsilin inkişafı naminə alim və mütəxəssislərin elmi-tədqiqatçılıq bacarıqlarının regionlarda inkişafı, yaşıl təhsil, ekoloji təhsil üzrə qabaqcıl təcrübənin öyrənilməsi, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyanın gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə beynəlxalq müstəvidə pedaqoji istiqamətdə çalışan alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirməkdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi, pedaqoji heyət göstərilən bu etimada görə, hər birinizə minnətdardır. Əminliklə deyə bilərəm ki, konfransın gündəliyində olan məsələlər beynəlxalq elm və təhsil ictimaiyyəti tərəfindən də dəstəklənəcək.

ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev bu fikirləri sözügedən konfransın rəsmi açılışındakı çıxışında ifadə edib.

Dosent Yusif Alıyev çıxışında qeyd edib ki, bu beynəlxalq konfransın keçirilməsində ən böyük əlamətdar hadisələrdən biri beynəlxalq tərəfdaşların ortaq məxrəcə gəlməsidir. Tərəfdaşlıqda ortaq məxrəc prinsipi çox önəmli bir konsepsiyadır, çünki elə bir fikirlər elə bir düşüncələr vardır ki, hər bir təşkilat öz prizmasından baxdığına görə bu cür tədbirlərin keçirilməsində ortaq nöqtəyə gəlmək çətin olur. Konfransa verilən çoxtərəfli dəstək və iştirak ümumilikdə ADPU-nun Quba filialının səmərəli fəaliyyətinə verilən yüksək qiymətdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?