XX buraxılış

08.07.2024
XX buraxılış

ADPU-nun Quba filialında XX buraxılış Məzun günü keçirilib

28 iyun 2024-cü il tarixində Quba şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr”da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunlarının XX buraxılışına həsr olunmuş “Məzun – 2024” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib. Önünə gül-çiçək dəstələri qoyulub.

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət mərkəzinin direktoru Ramiz Ramazanlının moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə filialın direktoru dosent Yusif Alıyev çıxış edib. Çıxışında məzunları təbrik edən direktor, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışıb, ADPU-nun Quba filialının əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. Ali təhsil ocağının rəhbəri həm də bu il filialdan ümumilikdə 203 tələbənin məzun olduğunu qeyd edib, müvafiq statistik göstəricilərə toxunub, məzunların 18 %-nin işlə təmin olunması, 10%-nin magistraturaya qəbul olmasını, böyük əksəriyyətinin isə MİQ-imtahanlarında uğur əldə etməsi haqqında məlumat verib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, Şəhid atası Faiq Abduləlimov, valideyn Yaşar Baloğlanov çıxış edərək Prezident cənab İlham Əliyevin həyata keçirdiyi təhsil siyasətindən, təhsilin inkişafından və filialda dosent Yusif Alıyevin rəhbərliyi ilə yaradılan sağlam təhsil mühiti haqqında danışıblar. Sonra məzunlar adından “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının məzunu Cəvahir Qocayeva çıxış edib.

Tədbirdə təhsilini fərqlənmə ilə bitirən gələcəyin müəllimlərinə rayon rəhbərliyi, filial direktoru, güc strukturlarının rəhbərləri tərəfindən diplomlar təqdim olunub.

Tədbir tanınan gənc ifaçıların çıxışı, rəqs nömrələri ilə davam edib.

Qeyd edək ki, məzun günündə Quba rayon icra hakimiyyəti aparatının işçiləri, güc strukturlarının rəhbərləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, şəhid ailələri, qazilər və tələbələrin valideynləri iştirak ediblər.

Təbrik edirik, əziz məzunlar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?